Unibank Premyer Liqanın son turunda “Xəzər Lənkəran”la oyunu aşağı səviyyədə keçirən və qarşılaşmadan sonra qırmızı vərəqə alan braziliyalı Feliks Almeyda “Bakı” klubundan qovulub. Bu haqda Qol.Az-a məlumatı paytaxt klubunun türkiyəli vitse-prezidenti Tunc Afşar verib. Onun sözlərinə görə, hücumçunun son vaxtlar etdiyi futbolçuya yaraşmayan hərəkətlər artıq klub rəhbərliyini də boğaza yığıb: “Hər şeydən öncə, “Bakı”nın şərəfini qoruyan futbolçu bu formanı geyməyə layiq olmalıdır. Amma Feliks özünü apara bilmirdi. O, “Simurq”la oyunda analoji hərəkət etmişdi. “Xəzər Lənkəran”la qarşılaşmadan sonra da bu hərəkəti növbəti dəfə təkrarladı”.
Bu hərəkətinə görə futbolçunun ciddi cəzalandırıldığını söyləyən Tunc Afşar artıq Feliksin “Bakı”dan qovulduğunu bildirib.
Məsələylə bağlı Qol.Az-ın Feliksin özüylə əlaqə yaratmaq cəhdi futbolçunun mobil telefonunun bağlı olması səbəbindən baş tutmayıb.
Xatırladaq ki, Feliksə qədər Bülənt Qorxmazın “Bakı”yla gəlişindən sonra Rafael Barbosa, Daniel Oprita və Fernando Peres də müxtəlif səbəbdən klubla vidalaşıb.
Mbappedən penalti qərarı - Hamısını özü vuracaq
“Mançester Yunayted” bu mövsüm Premyer Liqanı qazanmayacaq"
"Xankəndi"nin qələbəsindən - Video
Haaland özünü Messi və Ronaldo ilə müqayisə etmədi
İslam Oyunlarında iştirak edəcək güləşçilər müəyyənləşdi
“Qalatasaray” "Ayaks"la matça itki ilə çıxacaq
“Tofiq Bəhramov”da güclü yağış altında məşq - Video
Azərbaycan futzal millisi İslamiadaya qələbə ilə start verdi
“Beşli müdafiə ilə oynamağı xoşlamıram”
“İnter”lə oyun özümüzü göstərmək üçün böyük şansdır”
Qurban Qurbanov "Çelsi" ilə oyun haqda
Dibalanın durumu açıqlandı
Voleybol millimiz İslamiadaya qələbə ilə başladı
2-ci liqa: Biri het-trik etdi, digəri dubl
Ronaldo, Messi, Ramos...
Finlandiya çempionu oldular
Stefano Pioli istefaya göndərildi - Rəsmi
2-ci liqada “Ayın qolu”nun qalibi mükafatlandırıldı
Ağayevin birnömrəli klub yarışında altıncı oyunu
Azərbaycan derbisinə doğru
"Çelsi"nin futbolçusu cəzalandırıldı
Marko Yankoviç Xorvatiya ilə oyuna çağırıldı
Tovuz stadionunda yenidən bərpa işləri aparılır