“Qarabağ” püşkün nəticəsinə əsasən Avroliqanın dördüncü mərhələsində Hollandiyanın “Tvente” klubu ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, Enshede şəhərini təmsil edən “Tvente”nin əsası 1965-ci ilin 1 iyulunda qoyulub. Məhz həmin gündə iki komanda - “SK Enshede” və “Enshedes Boys”un birləşməsindən sonra “Tvente” klubu fəaliyyət göstərməyə başladı. Maraqlıdır ki, “Tvente” bu günədək Hollandiya çempionu ola bilməsə də, onun sələfi “SK Enshede” 1926-cı ildə qızıl medallara yiyələnib.
“Tvente” ev oyunlarının 24 min tamaşaçı tutumuna malik “Qrols Veste” stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş çalışdırıcısı Stiv Maklaren, prezidenti isə Yop Münstermandır.
“Tvente” adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl beş il ərzində “Tvente” ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə “Tvente”nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.
1973/1974 mövsümündə “Tvente” “Feyenord”la birgə sonadək qızıl medallar uğrunda mübarizə aparsa da, sonda çempionluq rotterdamlılara qismət oldu. Nəticədə ikinci yeri tutaraq, UEFA kubokuna yollanan “Tvente” burada finaladək irəliləməyi bacardı. Lakin həlledici mərhələdə “Borusiya” (Münhenqladbax) Enshede klubunu iki oyunun nəticəsinə görə 5:1 hesabıyla darmadağın etdi.
1977-ci ildə “Tvente” tarixi ərzində ilk titulunu - ölkə kubokunu qazandı. Lakin bundan sonra “uğursuzluq zolağı”na düşən “Tvente” hətta 1982-ci ildə yüksək liqayla da vidalaşdı. Çox keçmədən yenidən güclülərin sırasına qayıdan “Tvente” daha çox müdafiəyəmeylli oyunuyla diqqət çəkdi. Mövsüm ərzində komandanın oyunlarının əksəri ya 1:1, ya da 0:0 hesabıyla başa çatdı. Buna görə də “Tvente”ni “cansıxıcı komanda” adlandırmağa başladılar. Lakin bu oyun üslubu komandaya uğur gətirdi və Enshed təmsilçisi ardıcıl beş mövsüm avrokuboklarda çıxış etdi.
1996-cı ildə baş məşqçi postuna alman Hans Mayerv gətirildi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medallarını qazandı.
2001-ci ilin 24 mayında isə “Tvente” ölkə kubokuna yiyələnməklə 24 illik kubok həsrətinə son qoydu.
2002-ci ildə “Tvente” dağıla bilərdi. Çünki komandanın əsas rəhbəri olan şirkət müflis olduğunu bəyan etdi. Lakin sonradan vəziyyət düzəldi və 3 mövsüm sonra gözəl çıxışıyla yadda qalan Enshede təmsilçisi dördüncü yeri tutdu. 2008/09 mövsümündə isə yekuna əsasən “Tvente” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışmaq hüququ qazandı. Lakin burada “Arsenal” “Qarabağ”ın rəqibınə dərs keçdi - 2:0 və 4:0. Ümumilikdə komanda avrokuboklarda keçirdiyi 84 oyunun 33-də qalib gəlib, 17 dəfə heç-heçə oynayıb, 34 görüşdə isə uduzub. 125 qol vurub, öz qapısında isə 112-i buraxıb.
“Tvente”nin titulları: ölkə çempionu (1926), ölkə kubokunun ikiqat qalibi (1977, 2001), UEFA İntertoto kubokunun qalibi (2006)
“Tvente”nin heyəti:
1. Vander Bosker (1970, qapıçı)
3. Nikki Keyper (1982, müdafiəçi)
4. Peter Visqerhoff (1979, müdafiəçi)
5. Slobadan Raykoviç (1989, müdafiəçi, Serbiya)
6. Vaut Brama (1986, yarımmüdafiəçi)
7. Romano Dennebom (1981, hücumçu)
8. Ron Stamp (1984, müdafiəçi)
9. Blez Nkufo (1975, hücumçu, kapitan, İsveçrə)
10. Kennet Peres (1974. hücumçu, vitse-kapitan, Danimarka)
11. Nikita Rukavitsa (1987, hücumçu. Avstraliya)
12. Erun Hebax (1974, müdafiəçi)
13. Nikolay Mixaylov (1988, qapıçı, Bolqarıstan)
14. Bernard Parker (1986, yarımmüdafiəçi, CAR)
15. Miroslav Stoç (1989, hücumçu, Serbiya)
16. Ses Paue (1977, qapıçı)
17. Yussuf Hersi (1982, hücumçu)
18. Heyk Tiote (1986, hücumçu, İrlandiya)
19. Duqlas (1988, müdafiəçi. Braziliya
20 Lyuyuk de Yonq (1990, hücumçu)
22 Brayan Ruis (1984, hücumçu, Kosta-Rika)
23. Naşat Akram (1984, yarımmüdafiəçi, Misir)
24. Teo Yansen (1981, hücumçu)
25. Andrey Rendla (1990, hücumçu, Slovakiya)
26. Born Vidarson (1988, yarımmüdafiəçi, İsveç)
27. Dario Vuiçeviç (1990. yarımmüdafiəçi, Xorvatiya)
29. Rensforq Osei (1990, hücumçu. Seneqal)
Deyli Blindlə yeni müqavilə imzalandı
"Zaqatala" - "İrəvan" oyununda vurulan qollar - Video
Fransa Superkuboku bu ölkədə keçiriləcək
Azərbaycanın U-21 millisi üçün yeni rəqib
"Karvan" "Mingəçevir"i belə məğlub etdi - Video
Zədə səbəbindən Avro-2024-ü buraxacaq
"Zaqatala" və "Karvan"dan qələbə
Ayxan Abbasov Niderlandda - Şəkillər
Azərbaycan güləşçisi karyerasını başa vurdu
FİFA-nın baş katibi müəyyənləşdi
2-ci liqada mövsümün son turunun oyunlarının vaxtı açıqlandı
Mbappe bugünkü oyunu buraxacaq
"Cəbrayıl" "Şəmkir"ə belə qalib gəldi - Video
AFFA bu klublara lisenziya verdi
Azərbaycan idmanı tarixində güləş
FİFA dünya çempionatı ilə bağlı qərarını açıqladı
"Jirona" Çempionlar Liqasına buraxılmaya bilər
Rahid Əmirquliyevdən gözəl qol - Video
Tovuzda master-klass
Ançelotti Arda Güleri təriflədi
Levandovskiyə "Qızıl top" mükafatı verilə bilər
Mirzov “Neftçi”dən ayrılır? – Menecerindən açıqlama
Ançelotti: "Bu, karyeramın ən yaxşı mövsümüdür"
Azərbaycan çempionatında mövsümün rekordu
38 yaşlı Milnerin müqaviləsi uzadıldı
Ardanın La Liqadakı 4-cü qolu - Video
41 il sonra yenidən ÇL-də
Arda Gülerdən növbəti qol, "Real"dan darmadağın
"Mançester Siti" liderliyə yüksəldi
Ronaldo "Əl-Nəsr"lə müqaviləni uzada bilər
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşdi
"Füzuli"nin hücumçusu 1 oyunda 7 qol vurdu - Video
"Real" Ardaya görə Modriçlə müqaviləni uzatmayacaq
"Bakı Sportinq"in çempionluq oyunu - Video
PSJ-dən Kvaratsxeliya üçün 80 milyon avro
“Barselona” 7 illik müqavilə bağladığı futbolçunu satır
Jirunun yeni klubu rəsmən açıqlandı
2-ci liqanın qalibi müəyyənləşdi
Azərbaycan çempionatında qapıdan qapıya qol - Video
Türkiyə Superliqasında yeni mövsümün başlanma tarixi bilindi
Macarıstan millisinin Avro-2024 üçün heyəti açıqlandı
Ramos MLS təmsilçisinə transfer olur
Dibala bu klubda oynaya bilər
"Bavariya"nın futbolçusu Avro-2024-də oynamayacaq
Varan "Mançester Yunayted"dən gedir - Rəsmi
Səudiyyə Ərəbistanı klubu Qalyardonu göndərir
PSJ-də növbəti ayrılıq