Qol.Az
Canlı nəticələr
WAP
RSS

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Fotoreportaj
Video
Turnir cədvəli
Premyer Liqa
Futbol və ailə
DÇ-2010
Təqvim
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Fotoreportaj
Bütün 
Millinin açıq məşqi
Top 5
Millimiz, nəhayət ki, qələbə həsrətinə son qoydu (YENİLƏNİB)
Millimiz istirahət etdi, qrupumuzun favoritləri qələbəylə başladı (YENİLƏNİB)
«Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
Yoahim Löv: “İndi növbə Berti Foqtsun komandasınındır”
Foqts Almaniyada özünü futbolumuzun xilaskarı kimi təqdim etdi
Linklər
Olimpiya.Az
525ci Qəzet
Extratime.az

Fuad Musayev: «AFFA almanlarla oyuna görə ən azı üç milyon dollar gəlir əldə edəcək»

«BİZİM VAXTIMIZDA HƏR PÜŞKDƏN ÖNCƏ DUA EDİRDİK Kİ, ALMANİYA RƏQİBİMİZ OLSUN»

[08.02.2010]
Fuad Musayev: «AFFA almanlarla oyuna görə ən azı üç milyon dollar gəlir əldə edəcək»

AFFA-nın sabiq prezidenti Fuad Musayev hesab edir ki, Azərbaycan milli komandasının hazırkı potensialı «Avro-2012»nin qrup mərhələsində yalnız beşinci yer uğrunda mübarizə aparmağa imkan verir. Dünən Varşava şəhərində keçirilən püşkatmanın nəticəsini Qol.Az saytına şərh edən Fuad Musayevin fikrincə, qrupda Azzərbaycan milli komandası əsasən Qazaxıstan komandası ilə bərabər səviyyədə mübarizə apara biləcək. «Almaniya və Türkiyənin gücü hamıya məlumdur. Avstriya futbolu bu gün inkişaf dövrünü yaşayır. Belçika komandası da çox güclüdür, ona Dik Advokat kimi bir məşqçi rəhbərlik edir. Azərbaycan millisi beynəlxalq yarışlarda uğurlu nəticələr əldə etmək istəyirsə, legionerlərə dərhal limit tətbiq edilməlidir. Bu il hər klubda beş, gələn ildən isə cəmi üç legionerin oynamasına icazə verilməlidir. Olmasa, uğursuzluqlar yenə davam edəcək. Azərbaycanda oynayan əcnəbi futbolçular bizikilərdən heç bir keyfiyyətinə görə üstün deyillər. İndiki əcnəbi futbolçularla dünya çempionatının seçmə mərhələsində milli komandamız on oyundan cəmi beş xal toplaya bildi. Eyni xalı biz də Ponomaryovun vaxtında qazanmışdıq. Özü də bu xalları biz indiki kimi on oyunda deyil, səkkiz matçda əldə etmişdik. Bizim yerli və gənc futbolçuların potensialı var. Federasiya, milli komandanın məşqçiləri mütləq yerli futbolçuların gücündən istifadə etməlidir. Onsuz da əcnəbi futbolçuları heyətə buraxanda da uduzuruq. Əgər belədirsə, onda yerli futbolçulara şans versinlər, onlar uduzsunlar, amma eyni zamanda təcrübə toplasınlar, gələcəkdə Azərbaycan futboluna fayda versinlər. Bunları etmək üçün AFFA hökmən konsepsiyasını dəyişməlidir. Dediyim kimi, legionerlər komandadan çıxarılmalıdır. Onlar vətəndaşlığı olmaya-olmaya bizim millidə oynayırlar. Belə gətsə, əvvəl-axır bu məsələ ciddi problem yaradacaq. Federasiya ya həmin legionerlərə vətəndaşlıq almalı, ya da onları millidən çıxarmalıdır. Azərbaycan Konstitusiyası ölkədə beş il yaşamayan əcnəbilərə vətəndaşlıq verməyi qadağan edir. Federasiya bu haqda ciddi düşünməlidir. Jurnalistlər bu məsələni qabartmalıdırlar».
Fuad Musayevin fikrincə, AFFA püşkün nəticəsindən daha çox maddi səbəblərə görə razı qala bilər: «Bizim vaxtımızda hər püşkdən öncə dua edirdik ki, Almaniya rəqibimiz olsun. Çünki bu komanda ilə oyunun Bakıdan Almaniyaya teletransilasiyası ən azı üç milyon dollara başa gəlirdi. Mən hələ bizim AFFA-ya rəhbərlik etdiyimiz dövrdən danışıram. İndiki rəhbərliyin teletransilasiya ilə bağlı müqavilədə hansı məbləği göstərdiyini deyə bilmərəm. Amma mənə elə gəlir ki, təkcə Almaniya ilə Bakıdakı oyunundan AFFA ən azı üç milyon dollar gəlir əldə edəcək. AFFA-ya rəhbərlik etdiyim dövrdə bizim 1996-cı il üçün büdcəmiz cəmi 100 min dollar təşkil edirdi, bunun da 80 minini UEFA yardım kimi federasiyaya ayırırdı. Sonra büdcəmiz 500 min dollar oldu. AFFA-nın hazırkı büdcəsi 20 milyon təşkil edir. Bizim dövrümüzdə, pulsuzluq vaxtında biz iki komanda saxlayırdıq. Görün, Azərbaycana nə qədər futbolçu verdik. Adlarını sadalayım: Cahangir Həsənzəda, İlham Yadullayev, Ruslan Musayev, Zaur Tağızadə, Samir Əliyev, Ruslan Musayev, Qurban Qurbanov, Vyaçeslav Lıçkin, Rəşad Sadıqov, Aftandil Hacıyev…. Emin Quliyev kimi futbolçu verdik Azərbaycana. İndi hardadı o?»
Fuad Musayev AFFA-ya rəhbərlik etdiyi dövrdə Azərbaycan millisinin Fransa və İtaliya ilə oyunlarda teletransilasiyadan əldə etdiyi gəlir barədə də məlumat verib: «1994-cü ildə Fransa ilə ev oyununa görə o vaxt bizim büdcəmizə 600 min frank, yəni 400 min dollar daxil oldu. 2002-ci ildə İtaliya komandası ilə Bakıdakı matça görə federasiya ya bir milyon, ya da bir milyon yarım dollar pul götürdü. O vaxtlar, elə indi də teletransilayasiyasına görə ilə ən yüksək məbləğ Almaniya və İngiltərə kimi komandaların iştirakı ilə keçirilən rəsmi oyuna görə verilir. Dediyim kimi, bizim vaxtımızda, federasiyanın pulu olmayan dövrdə belə rəqiblərlə bir qrupa düşmürdük. İndiki AFFA-nın vaxtında isə İngiltərə də rəqibimiz olub, Almaniya da». 
Fuad Musayev AFFA-nın prezidenti olduğu dövrdə Türkiyəyə qarşı keçirilən ev oyunundan da danışıb: «O vaxt Türkiyə indikindən qat-qat güclüydü. Həmin komanda daha sonra dünya çempionatının üçüncüsü oldu. Amma bizim komanda Türkiyəylə Bakıdakı oyunu udmalıydı. Sadəcə, türkiyəli futbolçular, konkret olaraq, Hakan Şükür təxribat etdi. Qapıçımız Dmitri Kramarenko da onun təxribatına getdi. Əgər bu hadisə olmasaydı və Ponomaryov Lıçkini əvəzləməyib yerinə Kamal Quliyevi daxil etməsəydi, oyun ən yaxşı halda heç-heçə bitəcəkdi. Bir sözlə, Ponomaryov həmin oyunda taktiki səhvə yol verdi».

 


Çap et    Dostuna göndər

ARXİV                       
 
07.09.2010  00:42 Yaxın 10 gündə bukmeyker kontorları fəaliyyətə başlaya bilər
07.09.2010  00:14 AFFA prezidenti milli komanda ilə görüşdü
06.09.2010  17:13 Löv: “Azərbaycanlılar yalnız əks-hücumlara bel bağlayacaq”
06.09.2010  16:36 Berti Foqts: “Almaniyadakı oyunda fövqəladə bir şey olmayacaq”
06.09.2010  15:38 “Anji” rəhbərliyi “Bakı”dan üzr istədi
06.09.2010  14:39 Tomas Müller də millimizlə oyundan ehtiyatlanır
06.09.2010  12:37 Miroslav Kloze: “Azərbaycanla oyunumuz çətin keçəcək”
05.09.2010  20:33 “Anji”nin “Bakı”yla yoldaşlıq oyunu baş tutmayacaq
05.09.2010  13:58 “Bakı”nın fransalı üzvü futbolçularımızı ölkəsinə aparmaq istəyir
04.09.2010  20:59 Millimiz, nəhayət ki, qələbə həsrətinə son qoydu (YENİLƏNİB)
04.09.2010  14:48 Yığmamız ilk qələbə və son pillədən yaxa qurtarmaq həsrətində
04.09.2010  12:40 Foqts Almaniyada özünü futbolumuzun xilaskarı kimi təqdim etdi
04.09.2010  01:34 Millimiz istirahət etdi, qrupumuzun favoritləri qələbəylə başladı (YENİLƏNİB)
03.09.2010  20:40 Sərgən Yalçın milli komandamızı aşağıladı
03.09.2010  14:46 Stefan Borbikoni: «Bakı»da mənə yaxşı pul təklif etdilər»
03.09.2010  13:48 «Bakı» rəhbərliyi UEFA-nın ədalətsiz qərarına münasibət bildirdi
03.09.2010  13:19 UEFA-nın “Bakı”ya qarşı ədalətsiz davrandığı təsdiqləndi
03.09.2010  12:01 “Bakı” İran klubunu da Azərbaycana gətirmək istəyir
02.09.2010  22:30 Yoahim Löv: “Azərbaycan millisinə yuxarıdan aşağı baxmırıq”
02.09.2010  16:38 Haciyevski millimizi və Foqtsu tənqid etdi (MÜSAHİBƏ)

  07.09.10
00:42
  Yaxın 10 gündə bukmeyker kontorları fəaliyyətə başlaya bilər
00:26
  «Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
00:17
  “Neftçi” “Simurq”u darmadağın etdi
00:14
  AFFA prezidenti milli komanda ilə görüşdü
  06.09.10
19:45
  "Bakı" - "Qarabağ" (FOTOSESSİYA)
18:09
  Berti Foqts: “Bizdən heç kim sürpriz gözləməsin”
17:47
  Millimizin təlim-məşq toplanışı başlayıb
17:13
  Löv: “Azərbaycanlılar yalnız əks-hücumlara bel bağlayacaq”
17:06
  Bukmekerlər millimizə almanlarla oyunda heç bir şans tanımadı
16:57
  Ronaldinyo yenidən Braziliya millisinə qayıtdı
16:36
  Berti Foqts: “Almaniyadakı oyunda fövqəladə bir şey olmayacaq”
16:30
  Millimiz Almaniya ilə oyuna iki itki ilə hazırlaşır
16:22
  “Neftçi” 4 cavabsız qolla yendiyi komandaya qarşı
16:11
  Dieqo Maradona yenidən “Napoli”yə qayıdır
15:51
  Bukmekerlər millimizin Belarusdan xalla dönəcəyinə inanmır
15:45
  Yığmamız Belarusla oyuna belə hazırlaşır (FOTOSESSİYA)
15:38
  “Anji” rəhbərliyi “Bakı”dan üzr istədi
15:16
  Qadınlardan ibarət millimiz yenə darmadağına məruz qaldı
15:07
  Bastian Şvaynştayger: “Azərbaycanlıları məğlub etməliyik”
14:58
  Millimizin Almaniya ilə oyun öncəsi açıq məşqi (FOTOSESSİYA)
14:52
  U-17-nin oyunlarının hakimləri müəyyənləşib
14:39
  Tomas Müller də millimizlə oyundan ehtiyatlanır
14:11
  Millimizin yeni tsikldəki ilk oyununa artıq 40 min bilet satılıb
14:03
  Almaniya millisi daha bir itki ilə üzləşdi
13:46
  “Xəzər Lənkəran” – MOİK oyunu Bakıda keçiriləcək
13:41
  Con Toşakı Uels millisində Giqqz əvəzləyəcək
13:25
  “İnter” Türkiyə toplanışını vaxtından əvvəl yekunlaşdırmalı oldu
13:20
  “Qarabağ” bu gün “Bakı” ilə qarşılaşacaq
13:13
  “Gəncə” də özünə rəsmi sayt açır
13:09
  Sxadadze məğlubiyyəti gənclərin təcrübəsizliyi ilə əlaqələndirdi
12:51
  “İnter” Türkiyə klubu ilə sınaq matçından məğlub ayrıldı
12:44
  AFFA Mingəçevirdə hakim-inspektorlar üçün seminar keçirib
12:37
  Miroslav Kloze: “Azərbaycanla oyunumuz çətin keçəcək”
12:30
  Yığmamız son oyununu keçirmək üçün Belarusa getdi
  05.09.10
21:04
  “Anji”nin rəisi yaranan problemlə bağlı Qol.Az-a danışdı
20:40
  Birinci divizionda 3 oyuna 15 qol vuruldu
20:33
  “Anji”nin “Bakı”yla yoldaşlıq oyunu baş tutmayacaq
15:10
  “Turan” iştirak ərizəsinə daxil etdiyi 5 oyunçunu geri qaytardı
15:03
  Aleksey Savinov: “Biz hələ öz oyunumuzu tapmamışıq”
14:45
  9 illik həsrət bitsə də, son pillədən çıxa bilmədik
1. Bahodir Nasimov - "Neftçi" - 6 qol
2. Jaba - "Bakı" - 3 qol
3. Anar Qasımov - MOİK - 2 qol
4. Rəşad Abdullayev - "Neftçi" - 2 qol
5. Qvidas Yuska - AZAL - 2 qol
6. Mario Souza - "İnter" - 2 qol
7. Elvin Beqiri - "Xəzər Lənkəran" - 2 qol
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Dizayn: Azdesign.
  Proqramlaşdırma: Elshad100.
Livescore