“Püşkatmayla bağlı onu deyə bilərəm ki, çox maraqlı və yaxşı bir qrupa düşmüşük. Hər şey özümüzdən asılıdır. İstənilən komandaya qarşı çıxış etmək mümkündür. Sadəcə yaxşı təlim-məşq toplanışı keçib özümüzü oyunlara hazırlamalıyıq”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “AÇ-2012”nin püşkatma nəticələrini dəyərləndirərkən milli komandamızın və “Tvente”nin hücumçusu Vaqif Cavadov deyib. Xatırladaq ki, dünən keçirilən “Avro-2012”nin püşkatmasında Almaniya, Türkiyə, Avstriya, Belçika və Qazaxıstan Azərbaycana rəqib olublar.
|