«Bizim qrupumuzda Almaniya və Türkiyə kimi güclü komandalar var. Belçika da yaxşı komandadır. Azərbaycan və Qazaxıstana gəlincə, bu komandalar bizim əsəblərimizlə oynaya bilərlər». Qol.Az-ın məlumatına görə, bu sözləri «Avro-2012»nin seçmə mərhələsinin bu gün keçirilən püşkatma mərasimindən sonra Avstriya millisinin baş məşqçisi Dietmar Konstantini deyib: «Əgər bu komandalar indi yaxşı vəziyyətdə deyilsə belə, bizə qarşı sonadək mübarizə aparacaqlar. Bununla belə, bizim hədəfimiz dəyişmir: Avstriya final mərhələsində oynamaq niyyətindədir».