Qol.Az
Canlı nəticələr
WAP
RSS

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Fotoreportaj
Video
Turnir cədvəli
Premyer Liqa
Futbol və ailə
DÇ-2010
Təqvim
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan
Top 5
Pulsuz dərs xoşunuza gəldi, cənab Foqts?
Belarus - Azərbaycan: U-21 cəmi 76 dəqiqə dözə bildi (YENİLƏNİB)
«Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
Türkiyə yenə qələbə qazandı, Avstriya qazaxları son anda devirdi (YENİLƏNİB)
Foqts bütün məsuliyyəti futbolçuların üzərinə atdı
Linklər
Olimpiya.Az
525ci Qəzet
Extratime.az

Vaqif Cavadov: "Mən "Tvente"nin əvəzedici yox, əsas komandasının oyunçusuyam"(EKSKLÜZİV)
[06.02.2010]
Vaqif Cavadov: "Mən "Tvente"nin əvəzedici yox, əsas komandasının oyunçusuyam"<b style="color:red">(EKSKLÜZİV)</b>

Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadov Hollandiyanın «Tvente» klubunun düşərgəsinə qoşulduqdan sonra Azərbaycan mətbuatında ilk müsahibəsini Qol.Az saytına verib.

- Artıq bir aya yaxındır ki, Hollandiyadasan. Orada sənə qarşı münasibət necədir?
- Burda hər şey yaxşıdır. Sağ olsunlar, hollandlar mənə qarşı xoş münasibət bəsləyirlər.
- Hollandiyada Azərbaycan futbolu ilə maraqlanırlarmı? Millimiz, yaxud klublarımız haqda hansı bilgilərə malikdirlər?
- Əlbəttə ki, maraqlanırlar. Hər halda maraqlanmasaydılar, mənim oyunumu necə görə bilərdilər. Onlara gərəkli informasiyaları əldə edirlər. 
- Sənin gedişindən sonra “Tvente” bir neçə oyun keçirib. Hələ ki, əsas heyətə düşməkdə çətinlik çəkirsən. Əsas heyətə düşə bilməməyini nə ilə bağlayırsan?
- Bilirsiniz, mən buraya altı aylıq, yaxud bir illiyinə  gəlməmişəm. Komanda ilə 4.5 illik müqaviləm var. Hollandiyaya gəldiyim ilk zamanlarda əsas heyətə düşməyə tam hazır deyildim. Bu normal bir haldır. Çünki dünyanın heç bir yerində görülməyib ki, komandayla təlim-məşq toplanışında olmayasan və həmin dəqiqə ilk onbirlikdə yer alasan. İnşallah, ən qısa zamanda əsas heyətə düşəcəm.
- “Tvente”nin əsas heyətində debüt edə bilməsən də, əvəzedici heyətdə artıq ilk oyununu keçirmisən. Almaniyanın “Bohum” klubuna qarşı matçın ilk 45 dəqiqəsində forma geyindin. Həmin oyunda necə təsir bağışladın?
- “Bohum”a qarşı oyun məşq xarakterli bir görüş idi. Məni meydana buraxdılar ki, oyunu hiss edə bilim. Burda hər şey peşəkarcasına qurulub. Komanda mənim haqqımda qərar verməyə tələsmir. Həmin oyunda pis çıxış etmədim. Ümumiyyətlə, mən öz oyunuma heç vaxt qiymət verməyi sevməmişəm. Yaxşısı budur, necə təsir bağışlamağım haqda baş məşqçiyə sual verəsiniz. 
- Hazırda “Tvente”nin əsas, yoxsa əvəzedici heyəti ilə birgə məşq edirsən?
- Mən “Tvente”nin əsas komandasının oyunçusuyam! Əsas heyətlə məşqlərimi davam etdirirəm. Bir daha təkrar edirəm ki, “Bohum”a qarşı oyun adi bir məşq idi.
- Bayaq qeyd etdin ki, Hollandiyaya yollananda tam hazır deyildin. Bəs indi necə?
- Mən özümü “Tvente”nin əsas heyətində görürəm. Əgər belə olmasaydı, heç zaman bu kluba keçməzdim.
- Komandan sabah “Ayaks”la səfərdə növbəti oyununa çıxacaq. Həmin oyunda “18lik”də yer almaq ehtimalın var?
- Yox, heyətdə yer almayacağım dəqiqdir. Çünki zədə almışam. Və ola bilsin ki, çox ciddi bir zədədir. Bazar ertəsi dəqiq bilinəcək.
- “Bohum”a qarşı oyunda zədələndin?
- Xeyr, məşqdə zədələnmişəm.
- “Tvente” və “Qarabağ”ın məşq prosesi arasında nə kimi fərqlər var?
-  Hollandiya futbolu tamam başqadır. Burda hər şey tamam başqa cür qurulub. “Qarabağ”ın öz metodikası var, “Tvente”nin ayrı.
-  Asudə vaxtlarını necə keçirirsən?
-  Əsasən evdə oluram. Hollandiyada tanıdığım çox insan yoxdur. Bu səbəbdən məşqdən çıxıb birbaşa evə yollanıram.
-  Bakı üçün darıxırsanmı?
-  Əlbəttə ki, darıxıram. Əgər desəm ki, darıxmıram yalançı olaram.
-  Premyer Liqamızın oyunlarını izləmək imkanın olurmu?
-  Saytlar vasitəsilə oyunların gedişatıyla tanış oluram. Amma hələ ki, televiziyadan matçları izləyə bilmirəm.
-  Yəqin ki, sabiq klubun “Qarabağ”ın səfərdə “Neftçi”ylə qarşılaşdığı oyundan xəbərdarsan...
-  Bəli. Əslində biz həmin oyunda “Neftçi”yə qalib də gələ bilərdik. Amma bu futboldur və burada istənilən nəticəylə qarşılaşmaq mümkündür. Növbəti matçlarda “Qarabağ”ın  qələbələri sıralayacağına inanıram.
-  Necə düşünürsən, “Neftçi” ilə oyunda yerin görsənirdi?
-  Ümumiyyətlə, heç kim əvəzolunmaz deyil. Həmçinin də mən. Sadəcə yeni gələn futbolçuya komandanın oyun sisteminə bələd olması üçün vaxt vermək lazımdır.
-  Sabah Varşavada Avro-2012-nin püşkatma mərasimi təşkil olunacaq...
-  Püşkatmada bizimlə eyni qrupa hansı komandaların düşəcəyinin bir o qədər də əhəmiyyəti yoxdur.  Əsas bizim göstərəcəyimiz oyun və qazandığımız xallar olacaq.
-  Azərbaycandan kimlə əlaqə saxlayırsan?
-  Valideynlərim, qardaşlarım və mənə doğma olan insanlarla tez-tez danışıram.
-  Komandanın “Roda”ya qarşı keçirdiyi matçı tribunadan izləyirdin. Deyəsən sənə gül dəstəsi bağışlamışdılar...
-  Bəli. Həmin gül dəstəsi mənə Hollandiyada yaşayan bir azərbaycanlı azarkeş tərəfindən təqdim olunmuşdu. Sizin sayt vasitəsilə ona bir daha təşəkkürümü bildirirəm.
-  20 yaşın olduğu halda Facebook sosial şəbəkəsində təvəllüdünü dəyişərək 1987-ci il yazmışdın. Bu nə ilə bağlı idi?
-   Mən bütün bu olanları anlaya bilmirəm. Bunu görərək bəziləri mənim “lipa” futbolçu olduğumu yazıb. İndi də Facebook-da təvəllüdümü dəyişib 1977 yazmışam. Belə çıxır ki, mənim həqiqətdə də 33 yaşım var? Futbolla dərindən maraqlananlar mənim təvəllüdümü yaxşı bilirlər. Kimlərsə sensasiya yaratmaq istəyirdi. Bu da alınmadı.

 


 


Çap et    Dostuna göndər

ARXİV                       
 
01.09.2010  18:42 Sadıq Sadıqov: «Everton»un nümayəndələri özlərini dağ başına qoyublar»
01.09.2010  17:43 Ramin Musayev: «Belə adamlara bizim futbolda yer yoxdur»
30.08.2010  18:54 Qurban Qurbanov: “Devranı almaq fikrimi Rəşadın gedişi qətiləşdirdi”
26.08.2010  00:20 Kamran Ağayev: «Fərhadı qınamaq lazım deyil, Dortmundda «Qarabağ» zəif oynadı»
25.08.2010  20:32 Foqts Vaqif Cavadovu tənqid etdi və Qurban Qurbanovdan izahat istədi
25.08.2010  13:54 Fariz Nəcəfov: “Belə çıxır ki, hər şey mütəşəkkil şəkildə, yuxarıdan təşkil olunub”
24.08.2010  15:40 «Bu cür möhtəşəm stadionda «Qarabağ» sədalarının səslənməsinin özü böyük bir uğurdur»
24.08.2010  00:03 Arif Əsədov: “İnter”ə qalib gəlməyin yollarını artıq bilirik”
22.08.2010  00:24 Fərhad Vəliyev: «Heç bilmirəm, nə deyim…»
19.08.2010  01:24 Samir Musayev: «Turan»da mənə qarşı düz hərəkət eləmədilər»
15.08.2010  16:46 «Borussiya»nın baş məşqçisi: «Biz «Qarabağ»ı «yeməliyik»
15.08.2010  16:03 Qurban Qurbanov: “Berti Foqts bizə “Borussiya” haqda məlumatlar təqdim edib”
13.08.2010  22:32 Tuyqun Nadirov: “Rumıniya mətbuatının yazdığı qiymətlər reallığı əks etdirmir”
12.08.2010  17:12 Arif Əsədov Mpenzanı Flavinyonun yoxluğunda oynadıb
10.08.2010  13:01 Foqts “Borussiya”nın zəif cəhətlərindən danışmaqdan imtina etdi
07.08.2010  23:19 Tahir Gözəl Vaqif Cavadovun «Tvente»dən ayrılmasının səbəblərinə aydınlıq gətirib
06.08.2010  17:28 Əfran İsmayılov: «Qoy, «Borussiya» bizə yuxarıdan aşağı baxsın…»
06.08.2010  17:04 Rəşad Sadıqov: «Çox şey Dortmunddakı oyundan asılı olacaq»
04.08.2010  02:56 Əmrah Çəlikəl: “Bu, “Rusenborq” və “Tvente” ilə matçlardan da çətin oyun olacaq”
03.08.2010  16:19 Bülənt Qorxmaz: «Bakı»ya görə çox üzüldüm, «Qarabağ» isə məni təəccübləndirməkdədir»

  09.09.10
17:55
  Arda Bakıya gələcəkmi?
15:30
  "Neftçi"nin oyunçuları Bakı SOS Uşaq Kəndini ziyarət etdi
14:58
  Dieqo Maradonanı İtaliyaya buraxmırlar
14:11
  “Turan”ın ən yaxşısı Kamal Bayramov seçildi
13:57
  Joze Mourinyonun gözü doymaq bilmir
13:23
  “Neftçi” "Muğan"la oyuna hazırlığı davam etdirir
13:09
  Kapello futboldan gedəcəyi tarixi açıqladı
12:48
  Georgi Çediya “Turan”ın düşərgəsinə qayıtdı
12:34
  "Xəzər Lənkəran" MOİK-lə oyuna doğma şəhərdə hazırlaşır
12:25
  Ramazan Bayramınız mübarək!
  08.09.10
18:18
  Millimizin qolu Vaqif Cavadovun ayağına yazıldı
18:10
  “İnter” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı
18:05
  Əvəzedicilərin çempionatı: 5-ci turun hakimləri məlumdur
18:02
  Birinci divizionun 2-ci turu üçün hakim təyinatları açıqlandı
17:48
  Millimiz bundestimin 1 və 3 illik həsrətlərinə son qoydu
17:25
  Millimiz sabah yoldaşlıq oyunu keçirəcək
17:20
  U-17 və U-19-dan laktat testi götürüləcək
17:13
  Belçika üzərində qələbə Ardanı itirmək bahasına başa gəldi
16:57
  “Fənərbağça” prezidenti fərari imiş!
16:46
  Vaqif Cavadov Mertezakeri “Bavariya”ya qarşı oynamaqdan məhrum etdi
16:32
  Almaniya - Azərbaycan (FOTOSESSİYA)
16:20
  Alman futbolçular millimizlə oyundan həzz alıblar
16:15
  Belarus U-21 - Azərbaycan U-21 (FOTOSESSİYA)
15:55
  Ağasəlim Mircavadov darmadağında Berti Foqtsu günahlandırdı
15:44
  Unudulmaz futbolçu xərçəng xəstəliyinə tutulub
15:24
  Rəşad Sadıqov birbaşa Türkiyəyə yollandı
14:57
  Baş məşqçi istefa verdi, göz yaşlarını saxlaya bilmədi
14:49
  TFF rəsmisi: “Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacağıq”
14:18
  Argentina son dünya çempionunu darmadağın etdi
13:51
  “Turan”ın oyunçusu ermənilərə uduzdu və dava saldı
13:24
  Türkiyə Belçikanı belə devirdi (VİDEO)
13:09
  Lippert: “Son 3-4 ayda futbolçularımın belə oyununu izləməmişdim”
13:04
  Berti Foqts millimizi ölkəsində belə biabır etdi (VİDEO)
13:01
  Georgi Kondratyev: “Qalibləri mühakimə etmirlər”
12:48
  AÇ-2012: İspaniyanın yoxluğunda Şotlandiya və Litva liderliyə yüksəldi
12:41
  “İnter”lə “Neftçi”nin oyunçuları sensasion qələbəyə sevindi
12:32
  AÇ-2012: Portuqaliya millisi H qrupunun autsayderinə çevrilir
12:25
  "Qarabağ"la "İnter"in oyunçuları Latviyaya səfər qələbəsi qazandırdı
12:18
  AÇ-2012: G qrupunda meydan sahibləri üçün qara tur
12:09
  “Qarabağ”ın oyunçuları seçmə mərhələdə məğlubiyyət tanımır
1. Bahodir Nasimov - "Neftçi" - 6 qol
2. Jaba - "Bakı" - 3 qol
3. Anar Qasımov - MOİK - 2 qol
4. Rəşad Abdullayev - "Neftçi" - 2 qol
5. Qvidas Yuska - AZAL - 2 qol
6. Mario Souza - "İnter" - 2 qol
7. Elvin Beqiri - "Xəzər Lənkəran" - 2 qol
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Dizayn: Azdesign.
  Proqramlaşdırma: Elshad100.
Livescore