Ukrayna milli komandasının yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Ukrayna Futbol Federasiyasının İcraiyyə Komitəsi Miron Markeviçi millinin baş məşqçisi postuna təsdiq edib. “Metallist”i də çalışdıran serbiyalı mütəxəssisə Kiyev “Dinamo”sunun əvəzedici heyətinin baş məşqçisi Yuri Kalitvintsev kömək edəcək.