Neftçi” klubunun baş məşqçisi Arif Əsədov Şakir Qəribovun köməkçi-məşqçi vəzifəsindən istefasından sonra onu əvəzləyəcək şəxsi müəyyənləşdirib. Bu haqda Əsədovun özü məlumat verib. Onun sözlərinə görə, əsas köməkçi-məşqçi vəzifəsini Bəxtiyar Musayev yerinə yetirəcək. Musayev bunadək klubda seleksiyaçı-məşqçi kimi çalışırdı. Baş məşqçi komandada fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre və qapıçılarla işləyən məşqçi Neboyşa Manoyloviçin də işlədiyini xatırladıb.
Mənbə: lent.az