Qol.Az
Canlı nəticələr
WAP
RSS

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Fotoreportaj
Video
Turnir cədvəli
Premyer Liqa
Futbol və ailə
DÇ-2010
Təqvim
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan
Top 5
Pulsuz dərs xoşunuza gəldi, cənab Foqts?
Belarus - Azərbaycan: U-21 cəmi 76 dəqiqə dözə bildi (YENİLƏNİB)
«Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
Türkiyə yenə qələbə qazandı, Avstriya qazaxları son anda devirdi (YENİLƏNİB)
Foqts bütün məsuliyyəti futbolçuların üzərinə atdı
Linklər
Olimpiya.Az
525ci Qəzet
Extratime.az

Elnur Əşrəfoğlu: «Milli komandamıza Qurban Qurbanov və Rəşad Sadıqov qədər can yandıran çox az futbolçu olub»
[09.03.2010]
Elnur Əşrəfoğlu: «Milli komandamıza Qurban Qurbanov və Rəşad Sadıqov qədər can yandıran çox az futbolçu olub»

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadənin hələ 2005-ci ildə keçirilmiş İngiltərə - Azərbaycan oyunundan öncə millimizin futbolçuları Qurban Qurbanov və Rəşad Sadıqovun start heyətini müəyyənləşdirdikləri, baş məşqçi Karlos Alberto Torresin isə ehtiyat oyunçular skamyasında oturmaması tələbini irəli sürməsi barədə iddialarına həmin vaxt telejurnalist kimi komandamızın düşərgəsində olan AzTV-nin sabiq əməkdaşı Elnur Əşrəfoğlu da münasibət bildirib. Qol.Az-ın müxbiri ilə söhbətdə E.Əşrəfoğlu öncə İngiltərə ilə qarşılaşmadan qabaq Polşa komandası ilə keçirilən görüşlə bağlı maraqlı açıqlamalar verib: «Polşa - Azərbaycan oyununu AzTV vasitəsilə mən şərh edirdim. Xatırlayıram ki, millimizin 0:8 hesablı məğlubiyyəti ilə başa çatan oyunda komandamızın qapısına beşinci qol vurulandan sonra şərhi dayandırmalı oldum. AzTV-də elə bildilər ki, Polşadan gələn siqnal itib. Ona görə də oyunu Bakıda studiyadan başqa bir şərhçi davam etdirdi. O vaxtı ətrafımızda olan polşalı jurnalistlərin bizə kinayəli baxışlarını hələ də unuda bilmirəm».
Oyundan sonra baş məşqçi Karlos Alberto Torresin həqiqətən də istefa ərizəsi yazdığını deyən E.Əşrəfoğlu AFFA-nın o vaxtkı prezidenti, mərhum Ramiz Mirzəyevin ərizəni qəbul etmədiyini vurğulayıb: «İngiltərə ilə oyundan qabaq isə Ramiz Mirzəyev baş məşqçi Torres, o vaxtkı kapitan Qurban Qurbanovla görüşdü. Həmin görüşdə Məzahir Süleymanzadə və mən də iştirak edirdim. O görüşdə və ondan sonra futbolçuların oyuna çıxmaması və ya start heyətini müəyyənləşdirməsi barədə heç bir söhbət olmayıb. Sadəcə, futbolçular Torresin özünün istəyinə uyğun olaraq, tövsiyyələrini verdilər. Açığı, Torres həm Qurbana, həm də Rəşada inanırdı. Həm də Torres özünə hörmət qoyan məşqçi idi. Pelenin oynadığı Braziliya millisinin kapitanı olub, dünya çempionu adını qazanıb. Futbolçular onun qarşısında belə şərt qoysaydılar, bir dəqiqə də komandada qalmazdı. Mən 1994-cü ildən mütəmadi olaraq millinin oyunlarını şərh etmişəm, xarici səfərlərin 80 faizində onlarla birgə olmuşam. Buna əsaslanıb deyə bilərəm ki, milliyə Qurban Qurbanov və Rəşad Sadıqov qədər can yandıran çox az futbolçu olub. Ola bilər ki, Məzahir Süleymanzadənin də fikri düzgün anlaşılmayıb».


 


Çap et    Dostuna göndər

ARXİV                       
 
09.09.2010  18:01 Blatter “qızıl qol”u geri qaytarmaq niyyətindədir
09.09.2010  17:55 Arda Bakıya gələcəkmi?
08.09.2010  18:18 Millimizin qolu Vaqif Cavadovun ayağına yazıldı
08.09.2010  16:20 Alman futbolçular millimizlə oyundan həzz alıblar
08.09.2010  14:49 TFF rəsmisi: “Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacağıq”
08.09.2010  02:28 Yoahim Löv: «Biz bu oyundan həzz aldıq»
08.09.2010  02:23 Foqts bütün məsuliyyəti futbolçuların üzərinə atdı
08.09.2010  01:37 Pulsuz dərs xoşunuza gəldi, cənab Foqts?
08.09.2010  01:35 Türkiyə yenə qələbə qazandı, Avstriya qazaxları son anda devirdi (YENİLƏNİB)
07.09.2010  21:53 Belarus - Azərbaycan: U-21 cəmi 76 dəqiqə dözə bildi (YENİLƏNİB)
07.09.2010  18:06 Uli Ştayn: “Almaniyaya böyük hesabla məğlub olacağıq”
07.09.2010  15:03 Murad Ağakişiyev “Gəncə”dən əxlaqsız davranışa görə uzaqlaşdırılıb?
07.09.2010  11:54 Berti Foqtslu millimiz ikinci seçmə mərhələyə bu gün start verir
07.09.2010  00:42 Yaxın 10 gündə bukmeyker kontorları fəaliyyətə başlaya bilər
07.09.2010  00:14 AFFA prezidenti milli komanda ilə görüşdü
06.09.2010  17:13 Löv: “Azərbaycanlılar yalnız əks-hücumlara bel bağlayacaq”
06.09.2010  16:36 Berti Foqts: “Almaniyadakı oyunda fövqəladə bir şey olmayacaq”
06.09.2010  15:38 “Anji” rəhbərliyi “Bakı”dan üzr istədi
06.09.2010  14:39 Tomas Müller də millimizlə oyundan ehtiyatlanır
06.09.2010  12:37 Miroslav Kloze: “Azərbaycanla oyunumuz çətin keçəcək”

  09.09.10
18:01
  Blatter “qızıl qol”u geri qaytarmaq niyyətindədir
17:55
  Arda Bakıya gələcəkmi?
15:30
  "Neftçi"nin oyunçuları Bakı SOS Uşaq Kəndini ziyarət etdi
14:58
  Dieqo Maradonanı İtaliyaya buraxmırlar
14:11
  “Turan”ın ən yaxşısı Kamal Bayramov seçildi
13:57
  Joze Mourinyonun gözü doymaq bilmir
13:23
  “Neftçi” "Muğan"la oyuna hazırlığı davam etdirir
13:09
  Kapello futboldan gedəcəyi tarixi açıqladı
12:48
  Georgi Çediya “Turan”ın düşərgəsinə qayıtdı
12:34
  "Xəzər Lənkəran" MOİK-lə oyuna doğma şəhərdə hazırlaşır
12:25
  Ramazan Bayramınız mübarək!
  08.09.10
18:18
  Millimizin qolu Vaqif Cavadovun ayağına yazıldı
18:10
  “İnter” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı
18:05
  Əvəzedicilərin çempionatı: 5-ci turun hakimləri məlumdur
18:02
  Birinci divizionun 2-ci turu üçün hakim təyinatları açıqlandı
17:48
  Millimiz bundestimin 1 və 3 illik həsrətlərinə son qoydu
17:25
  Millimiz sabah yoldaşlıq oyunu keçirəcək
17:20
  U-17 və U-19-dan laktat testi götürüləcək
17:13
  Belçika üzərində qələbə Ardanı itirmək bahasına başa gəldi
16:57
  “Fənərbağça” prezidenti fərari imiş!
16:46
  Vaqif Cavadov Mertezakeri “Bavariya”ya qarşı oynamaqdan məhrum etdi
16:32
  Almaniya - Azərbaycan (FOTOSESSİYA)
16:20
  Alman futbolçular millimizlə oyundan həzz alıblar
16:15
  Belarus U-21 - Azərbaycan U-21 (FOTOSESSİYA)
15:55
  Ağasəlim Mircavadov darmadağında Berti Foqtsu günahlandırdı
15:44
  Unudulmaz futbolçu xərçəng xəstəliyinə tutulub
15:24
  Rəşad Sadıqov birbaşa Türkiyəyə yollandı
14:57
  Baş məşqçi istefa verdi, göz yaşlarını saxlaya bilmədi
14:49
  TFF rəsmisi: “Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacağıq”
14:18
  Argentina son dünya çempionunu darmadağın etdi
13:51
  “Turan”ın oyunçusu ermənilərə uduzdu və dava saldı
13:24
  Türkiyə Belçikanı belə devirdi (VİDEO)
13:09
  Lippert: “Son 3-4 ayda futbolçularımın belə oyununu izləməmişdim”
13:04
  Berti Foqts millimizi ölkəsində belə biabır etdi (VİDEO)
13:01
  Georgi Kondratyev: “Qalibləri mühakimə etmirlər”
12:48
  AÇ-2012: İspaniyanın yoxluğunda Şotlandiya və Litva liderliyə yüksəldi
12:41
  “İnter”lə “Neftçi”nin oyunçuları sensasion qələbəyə sevindi
12:32
  AÇ-2012: Portuqaliya millisi H qrupunun autsayderinə çevrilir
12:25
  "Qarabağ"la "İnter"in oyunçuları Latviyaya səfər qələbəsi qazandırdı
12:18
  AÇ-2012: G qrupunda meydan sahibləri üçün qara tur
1. Bahodir Nasimov - "Neftçi" - 6 qol
2. Jaba - "Bakı" - 3 qol
3. Anar Qasımov - MOİK - 2 qol
4. Rəşad Abdullayev - "Neftçi" - 2 qol
5. Qvidas Yuska - AZAL - 2 qol
6. Mario Souza - "İnter" - 2 qol
7. Elvin Beqiri - "Xəzər Lənkəran" - 2 qol
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Dizayn: Azdesign.
  Proqramlaşdırma: Elshad100.
Livescore