Qol.Az
Canlı nəticələr
WAP
RSS

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Fotoreportaj
Video
Turnir cədvəli
Premyer Liqa
Futbol və ailə
DÇ-2010
Təqvim
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan
Top 5
Pulsuz dərs xoşunuza gəldi, cənab Foqts?
Belarus - Azərbaycan: U-21 cəmi 76 dəqiqə dözə bildi (YENİLƏNİB)
«Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
Türkiyə yenə qələbə qazandı, Avstriya qazaxları son anda devirdi (YENİLƏNİB)
Foqts bütün məsuliyyəti futbolçuların üzərinə atdı
Linklər
Olimpiya.Az
525ci Qəzet
Extratime.az

Vaqif Cavadov: “Meydana çıxacağım günü hamıdan çox özüm gözləyirəm»
[09.03.2010]
Vaqif Cavadov: “Meydana çıxacağım günü hamıdan çox özüm gözləyirəm»

Milli komandamızın və Hollandiyanın “Tvente” klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az saytına müsahibəsi

- Vaqif necəsən? Zədən nə yerdədir?
- Təşəkkür edirəm. Hazırda sağalma prosesi gedir. Az qalıb, inşallah ən qısa vaxtda tam hazır olacağam.
- Artıq bir müddətdir ölkədən kənardasan. Hollandiyaya tam adaptasiya ola bilmisən?
- Mən nə qədər burda yaşasam da, yenə də özümü Bakıdakı kimi hiss edə bilməyəcəm. Düzdür, problemli bir şey yoxdur. Amma yenə də vətən başqadır.
- Bir müddət öncə valideynlərin də Hollandiyaya yollanmışdı. Geri döndülər?
- Xeyr, hələ də mənimlə birlikdə buradadırlar.
- Milli komandamızın keçirdiyi son iki yoxlama görüşləri haqda sənin də fikirlərini bilmək istərdik…
- Hər iki oyun bir-birindən fərqli idi. Xüsusilə İordaniya ilə matçın ilk hissəsində daha yaxşı oynadıq. Bizə qələbə gətirən amil də erkən qol vura bilməyimiz oldu. Ümumiyyətlə, belə komandalarla oyunda mümkün qədər hesabı tez açmaq lazımdır. Lüksemburqla ikinci oyun isə tamam fərqli oldu. Öz oyunumuzu göstərə bilmədik. Bəlkə də yorğunçuluq burda öz sözünü dedi. Buna baxmayaraq, artıq nəticələr var. Tarixdə isə oyun yox, nəticələr qalır. İnşallah, hər şey daha da yaxşılığa doğru gedəcək.
- Milli komandamıza yeni dəvət olunan Fərid Quliyev, Rauf Əliyev və Əfran İsmayılovun oyunları necə təsir bağışladı?
- Onlarda bir qədər həyəcan hiss olunurdu. Bununla bərabər, özlərini yaxşı tərəfdən göstərə bildilər. Hətta Fəridlə Əfran millinin heyətində ilk qollarını da vurdular. Həm də təkcə qol vurmaqla deyil, ümumi planda bütün komandaya xeyir verə bildilər. İnanıram ki, növbəti oyunlarda daha yaxşı çıxış edəcəklər. Hər birinə ayrı-ayrılıqda uğurlar arzulayıram.
- Azərbaycan kubokun 1/4 final mərhələsinin ilk oyununda “Qarabağ” Quzanlıda “Xəzər Lənkəran”ı məğlub etdi. Matçı izləyə bildin?
- Bəli. Yaşadığım evdə Azərbaycan telekanallarını izləmək imkanım var.
- Komandalar necə təsir bağışladı?
- Əslində çox yaxşı oyun alındı. Hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Düzdür, güclü külək oyunun daha yaxşı keçməsinə maneçilik törədirdi. Sevinirəm ki, qələbə qazanan tərəf biz olduq. Lənkərandakı səfər oyunu isə çox çətin keçəcək. Amma inanıram ki,  sonda qalib yenə “Qarabağ” olacaq.
- “Tvente” son turda qələbə qazanmaqla turnir cədvəlinin zirvəsinə yüksəldi. Hollandiya çempionatının lideri olan bir klubun futbolçusu olmaq necə hissdir?
- Təbii ki, çox sevindirici və qürurverici bir haldır. Çıxıb öz komandama xeyir verə bilmək üçün mən də alışıb-yanıram. İnanıram ki, komandama xeyirim dəyəcək və çempion da məhz biz olacağıq.
- Baş məşqçi Stiv Maklaren səninlə əlaqə saxlayırmı?
- Bəli. Demək olar ki, hər gün görüşürük. Komandamızın baş həkimi hər gün Maklarenə mənim vəziyyətim haqda informasiya verir. Vəziyyətimin necə olması haqda Maklareni xəbərdar edir.
- Bütün azarkeşlər səbirsizliklə sənin “Tvente”nin heyətində meydana çıxacağın günü gözləyir. Vaqif Cavadovu nə vaxt meydanlarda görə biləcəyik?
- Çox şükür ki, artıq pis günlərim geridə qaldı. Allahın köməkliyi ilə 2-3 günə məşqlərə başlayacam. Bundan sonrasını isə zaman göstərəcək. Mən özüm də meydana çıxacağım günü hamıdan çox gözləyirəm. Amma fikrimcə, bu məsələrdə tələsmək olmaz.
- Sonda azarkeşlərə sözünü öyrənmək istərdik...
- Hər kəsə təşəkkür edirəm ki, mənimlə maraqlanırlar, məni sevirlər və mənim oyunumu gözləyirlər. İnşallah, mən də tez bir zamanda onları gözəl oyunumla sevindirməyə çalışacam.

 

 


Çap et    Dostuna göndər

ARXİV                       
 
01.09.2010  18:42 Sadıq Sadıqov: «Everton»un nümayəndələri özlərini dağ başına qoyublar»
01.09.2010  17:43 Ramin Musayev: «Belə adamlara bizim futbolda yer yoxdur»
30.08.2010  18:54 Qurban Qurbanov: “Devranı almaq fikrimi Rəşadın gedişi qətiləşdirdi”
26.08.2010  00:20 Kamran Ağayev: «Fərhadı qınamaq lazım deyil, Dortmundda «Qarabağ» zəif oynadı»
25.08.2010  20:32 Foqts Vaqif Cavadovu tənqid etdi və Qurban Qurbanovdan izahat istədi
25.08.2010  13:54 Fariz Nəcəfov: “Belə çıxır ki, hər şey mütəşəkkil şəkildə, yuxarıdan təşkil olunub”
24.08.2010  15:40 «Bu cür möhtəşəm stadionda «Qarabağ» sədalarının səslənməsinin özü böyük bir uğurdur»
24.08.2010  00:03 Arif Əsədov: “İnter”ə qalib gəlməyin yollarını artıq bilirik”
22.08.2010  00:24 Fərhad Vəliyev: «Heç bilmirəm, nə deyim…»
19.08.2010  01:24 Samir Musayev: «Turan»da mənə qarşı düz hərəkət eləmədilər»
15.08.2010  16:46 «Borussiya»nın baş məşqçisi: «Biz «Qarabağ»ı «yeməliyik»
15.08.2010  16:03 Qurban Qurbanov: “Berti Foqts bizə “Borussiya” haqda məlumatlar təqdim edib”
13.08.2010  22:32 Tuyqun Nadirov: “Rumıniya mətbuatının yazdığı qiymətlər reallığı əks etdirmir”
12.08.2010  17:12 Arif Əsədov Mpenzanı Flavinyonun yoxluğunda oynadıb
10.08.2010  13:01 Foqts “Borussiya”nın zəif cəhətlərindən danışmaqdan imtina etdi
07.08.2010  23:19 Tahir Gözəl Vaqif Cavadovun «Tvente»dən ayrılmasının səbəblərinə aydınlıq gətirib
06.08.2010  17:28 Əfran İsmayılov: «Qoy, «Borussiya» bizə yuxarıdan aşağı baxsın…»
06.08.2010  17:04 Rəşad Sadıqov: «Çox şey Dortmunddakı oyundan asılı olacaq»
04.08.2010  02:56 Əmrah Çəlikəl: “Bu, “Rusenborq” və “Tvente” ilə matçlardan da çətin oyun olacaq”
03.08.2010  16:19 Bülənt Qorxmaz: «Bakı»ya görə çox üzüldüm, «Qarabağ» isə məni təəccübləndirməkdədir»

  09.09.10
18:01
  Blatter “qızıl qol”u geri qaytarmaq niyyətindədir
17:55
  Arda Bakıya gələcəkmi?
15:30
  "Neftçi"nin oyunçuları Bakı SOS Uşaq Kəndini ziyarət etdi
14:58
  Dieqo Maradonanı İtaliyaya buraxmırlar
14:11
  “Turan”ın ən yaxşısı Kamal Bayramov seçildi
13:57
  Joze Mourinyonun gözü doymaq bilmir
13:23
  “Neftçi” "Muğan"la oyuna hazırlığı davam etdirir
13:09
  Kapello futboldan gedəcəyi tarixi açıqladı
12:48
  Georgi Çediya “Turan”ın düşərgəsinə qayıtdı
12:34
  "Xəzər Lənkəran" MOİK-lə oyuna doğma şəhərdə hazırlaşır
12:25
  Ramazan Bayramınız mübarək!
  08.09.10
18:18
  Millimizin qolu Vaqif Cavadovun ayağına yazıldı
18:10
  “İnter” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı
18:05
  Əvəzedicilərin çempionatı: 5-ci turun hakimləri məlumdur
18:02
  Birinci divizionun 2-ci turu üçün hakim təyinatları açıqlandı
17:48
  Millimiz bundestimin 1 və 3 illik həsrətlərinə son qoydu
17:25
  Millimiz sabah yoldaşlıq oyunu keçirəcək
17:20
  U-17 və U-19-dan laktat testi götürüləcək
17:13
  Belçika üzərində qələbə Ardanı itirmək bahasına başa gəldi
16:57
  “Fənərbağça” prezidenti fərari imiş!
16:46
  Vaqif Cavadov Mertezakeri “Bavariya”ya qarşı oynamaqdan məhrum etdi
16:32
  Almaniya - Azərbaycan (FOTOSESSİYA)
16:20
  Alman futbolçular millimizlə oyundan həzz alıblar
16:15
  Belarus U-21 - Azərbaycan U-21 (FOTOSESSİYA)
15:55
  Ağasəlim Mircavadov darmadağında Berti Foqtsu günahlandırdı
15:44
  Unudulmaz futbolçu xərçəng xəstəliyinə tutulub
15:24
  Rəşad Sadıqov birbaşa Türkiyəyə yollandı
14:57
  Baş məşqçi istefa verdi, göz yaşlarını saxlaya bilmədi
14:49
  TFF rəsmisi: “Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacağıq”
14:18
  Argentina son dünya çempionunu darmadağın etdi
13:51
  “Turan”ın oyunçusu ermənilərə uduzdu və dava saldı
13:24
  Türkiyə Belçikanı belə devirdi (VİDEO)
13:09
  Lippert: “Son 3-4 ayda futbolçularımın belə oyununu izləməmişdim”
13:04
  Berti Foqts millimizi ölkəsində belə biabır etdi (VİDEO)
13:01
  Georgi Kondratyev: “Qalibləri mühakimə etmirlər”
12:48
  AÇ-2012: İspaniyanın yoxluğunda Şotlandiya və Litva liderliyə yüksəldi
12:41
  “İnter”lə “Neftçi”nin oyunçuları sensasion qələbəyə sevindi
12:32
  AÇ-2012: Portuqaliya millisi H qrupunun autsayderinə çevrilir
12:25
  "Qarabağ"la "İnter"in oyunçuları Latviyaya səfər qələbəsi qazandırdı
12:18
  AÇ-2012: G qrupunda meydan sahibləri üçün qara tur
1. Bahodir Nasimov - "Neftçi" - 6 qol
2. Jaba - "Bakı" - 3 qol
3. Anar Qasımov - MOİK - 2 qol
4. Rəşad Abdullayev - "Neftçi" - 2 qol
5. Qvidas Yuska - AZAL - 2 qol
6. Mario Souza - "İnter" - 2 qol
7. Elvin Beqiri - "Xəzər Lənkəran" - 2 qol
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Dizayn: Azdesign.
  Proqramlaşdırma: Elshad100.
Livescore