AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib. Qol.Az-ın məlumatına görə, iclasda AFFA-nın Lisenziyalaşma qrupuna təqdim edilməli olan idman meyarları üzrə müvafiq sənədləri iki gün gecikdirdiyi üçün Salyanın “Muğan” klubunun 2000 (iki min) manat cərimə olunması haqda qərar qəbul olunub.