Qol.Az
Canlı nəticələr
WAP
RSS

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Fotoreportaj
Video
Turnir cədvəli
Premyer Liqa
Futbol və ailə
DÇ-2010
Təqvim
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
Fotoreportaj
Bütün 
Almaniya - Azərbaycan
Top 5
Pulsuz dərs xoşunuza gəldi, cənab Foqts?
Belarus - Azərbaycan: U-21 cəmi 76 dəqiqə dözə bildi (YENİLƏNİB)
«Neftçi»nin prezidenti Sadıq Sadıqov Qol.Az-ın oxucularının suallarını cavablandıracaq
Türkiyə yenə qələbə qazandı, Avstriya qazaxları son anda devirdi (YENİLƏNİB)
Foqts bütün məsuliyyəti futbolçuların üzərinə atdı
Linklər
Olimpiya.Az
525ci Qəzet
Extratime.az

Qurban Qurbanov: «Elə şeylər deyib ki, adamın lap gülməyi gəlir»
[09.03.2010]
Qurban Qurbanov: «Elə şeylər deyib ki, adamın lap gülməyi gəlir»

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun və «altılığı»n oyunları, eləcə də AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadənin onun haqqında səsləndirdiyi fikirlərlə bağlı Qol.Az saytına müsahibə verib

- İlk öncə «Xəzər Lənkəran»la kubok oyununa toxunaq. Bu görüşdə «Qarabağ» istədiyiniz oyunu nümayiş etdirə bildimi? Hər halda matçdan əvvəl söyləmişdiniz ki, komandamızın futbolçularının millinin təlim-məşq toplanışında olması oyunumuza mənfi təsir göstərə bilər.
- Bu amil bir az hiss olundu. Kubok qarşılaşmaları çempionat oyunundan həmişə fərqli olur. Biz kifayət qədər güclü rəqibə qarşı oynayırdıq. Bu mənada, deməzdim ki, hansısa böyük çatışmazlıqlar oldu. Düzdür, küləkli hava şəraiti istədiyimiz oyunu tam ortaya qoymağa maneçilik törətdi. Tez-tez top itirirdik. Hər iki hissə komandalar üçün tam fərqli oldu. Futbolçularımız sonadək mübarizə apardılar. Amma qələbə qazanmağımıza baxmayaraq, deməzdim ki, işimizi 100 faiz həll etmişik. Cavab oyunu üçün şansları 50/50-yə dəyərləndirərdim. Hesab edirəm ki, çox çətin cavab qarşılaşması olacaq.
- Cavab oyunundan gözləntiləriniz nədir? Siz «Qarabağ»a gələndən sonra «Xəzər Lənkəran» bir dəfə də olsun sizə qalib gələ bilməyib.
- Bu, bizi qətiyyən arxayınlaşdırmamalıdır. Bu o demək deyil, artıq özümüzü növbəti mərhələdə hiss etməliyik. Əksinə «Xəzər Lənkəran» hər bir rəqibə çox rahatlıqla qalib gəlmək gücündədir. «Qarabağ» özü də bütün komandalar üçün çox çətin rəqib sayılır. Biz hər bir oyuna yalnız qələbə əhval-ruhiyyəsilə çıxırıq. Bu, nə dərəcədə alınır və ya alınmır, artıq başqa mövzunun söhbətidir.
- «Qarabağ»da bu oyunda da hücumçularınız fərqlənə bilmədi, əksinə hər iki qolu müdafiəçilər vurdu.
- Ümumiyyətlə, bizim hücum xətti gənc futbolçulardan təşkil olunub. Əfran İsmayılov zədəsi səbəbindən bu oyunu buraxmaq məcburiyyətində qaldı. Rauf Əliyev və Vüqar Nadirov çox çalışdılar. Onlar qol epizodlarından istifadə edə bilməsələr də, rəqibi narahat edirlər, çalışırlar ki, onları gərginlikdə saxlasınlar. Bununla da komanda yoldaşlarının fərqlənməsinə şərait yaradırlar. Hücumçularımızın qol vura bilməməsi bizi narahat etmir. Əsas odur ki, «Qarabağ» komanda oyunu nümayiş etdirir.
- Hər halda, hücumçularınızın qol vura bilməmək problemini nədə görürsünüz?
- Bütün klublar bizə qarşı məsuliyyətlə oynayırlar. Çalışırlar ki, müdafiədə səhvsiz çıxış etsinlər. Bu səbəbdən hücumçularımız qol vurmaqda çətinliklə rastlaşırlar. Amma belə hallarla hər bir komandanın hücumçusu rastlaşa bilər. Bizi indi sevindirən fakt həm də odur ki, artıq müdafiəçilərimiz də qol vurmağa başlayıb.
- Şəxsən sizin özünüzlə bağlı diqqət çəkən bir məqam var. Bütün oyun boyu, hətta udsanız da, uduzsanız da, komandanız pis oynasa da, özünüzü çox soyuqqanlı aparırsınız. Emosional hərəkətləri yersiz hesab edirsiz?
- Bilirsiniz, oyundan əvvəl futbolçulara bütün tapşırıqları verirəm. Bu mənada, oyunun gedişatı zamanı hansısa hərəkət etməyə ehtiyacım yoxdur.
- Komandanızın futbolçusu Rəşad Sadıqov bildirir ki, ilk üçlüyü tutsanız bu, «Qarabağ» üçün uğur sayılacaq. «Qarabağ»ın vitse-prezidenti isə çempionluq istəyir.
- Bu gün hər bir komanda çempion olmaq arzusundadır. Bizim də istəyimiz odur ki, birinciliyi əldə edək. Klubumuzun rəhbərliyi «Qarabağ»da əsasən yerli futbolçuların çox olması strategiyasını seçib. Məqsədimiz Azərbaycan futboluna, milli komandamıza istedadlı oyunçular bəxş etməkdir. Bəli, çempion olmaq istərdik. Amma düşünürəm ki, ilk "üçlüy"ə düşsək, bunu normal nəticə kimi qəbul etmək lazımdır. Hər halda avrokuboklarda oynamaqla gənc futbolçularımızın təcrübəsi və məsuliyyəti daha da artmış olacaq.
- AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqəlar Departamentinin sabiq rəhbəri Məzahir Süleymanzadə sizin və Rəşad Sadıqovun İngiltərə ilə oyundan əvvəl start heyətini müəyyənləşdirdiyinizi, hətta o vaxtkı baş məşqçi Torresin ehtiyat oyunçular skamyasında oturmaması tələbəni irəli sürdüyünüzü bildirib.
- Məzahir müəllimin mənə, mənim də ona həmişə hörmətim olub. Bilirsiniz, insan eləmədiyi bir şey haqda eşidəndə istər-istəməz narahat olur. Elə şeylər deyib ki, adamın lap gülməyi gəlir. Sanki Torreslə bizim söhbətimiz zamanı yanımızda dayanıb, ağzımızdan çıxan sözü eşidib. Mən həmişə öz hərəkətlərimə cavabdeh olmuşam. Biz  hansısa məşqçinin işinə qarışmamışıq. Bizim Torresə həm insan, həm də bir məşqçi kimi simpatiyamız olub. Ona hörmətlə yanaşırdıq. Bəzi oyunlardan öncə Torresin özünün istəyinə uyğun olaraq tövsiyələr verirdik. Amma axı, mən bütün start heyətini müəyyənləşdirə bilməzdim. Məzahir müəllim deyir ki, futbolçular İngiltərə ilə oyuna çıxmaq istəmirdilər. Bilmirəm, mənim haqqımda niyə elə fikir səsləndirib. Mən milli komandada hər çətinliyi görsəm də, onun formasını geyinməyi özümə şərəf bilmişəm. Necə ola bilərdi ki, mən oyuna çıxmaqdan imtina edim? Bildirir ki, Elşad Nəsirovla oyunqabağı söhbətimiz olub, guya o, bizi fikrimizdən daşındırıb. Axı, Elşad müəllimlə heç vaxt belə danışımığız olmayıb. Mən Məzahir müəllimdən belə açıqlamalar gözləməzdim. Qarşıdan «altılığ»ın çox çətin oyunları gəlir. Belə bir məqamda mətbuatda «Qarabağ»ın üzvləri haqda belə fikirlərin səslənməsi məni narahat edir. Ümumiyyətlə, son zamanlar mətbuatda bizim haqqımızda dərc olunan bəzi yazılar mənə çox qaranlıqdır.
- Nəyi nəzərdə tutursunuz? Rəşad Sadıqov bildirir ki, bütün bunlar məqsədli şəkildə həyata keçirilir.
- Hər şey düşünmək olar. İşimiz, zəhmətimiz qalıb bir kənarda, son zamanlar belə fikirlər səsləndirirlər ki, guya «Qarabağ»ı çempion etmək, kuboku ona vermək istəyirlər.Futbolçularımızın oyununa diqqətlə baxsınlar, yaxından maraqlansınlar ki, nə iş görürük. Mən istəmirəm ki, «Qarabağ»ın rəhbərliyinin, futbolçularının zəhməti yerə dəysin. «Neftçi»də işləyəndə də iddia edirdilər ki, komandanın 70 illik yubileyinə görə kuboku və çempionluğu bizə verəcəklər. Amma bunların heç biri olmadı. İndi də çox gülünc iddia irəli sürürlər ki, guya «Qarabağ»ı kənardan kimsə idarə edir. Bizim son vaxtlar azarkeşlərimizin sayı çoxalıb. Üzümü onlara tutub bildirmək istəyirəm ki, bu cür qarayaxmalar bizim uğurlarımıza, qələbələrimizə mane ola bilməz. Bizim vəzifəmiz sənətimizi, peşəmizi sevməkdir. İstəyirik ki, millinin daha yaxşı oynamasında «Qarabağ»ın payı daha çox olsun. Qarşıda bizi ağır oyunlar gözləyir. Belə cəfəngiyyatlar bizim oyunumuza təsir edə etməz.

 


Çap et    Dostuna göndər

ARXİV                       
 
01.09.2010  18:42 Sadıq Sadıqov: «Everton»un nümayəndələri özlərini dağ başına qoyublar»
01.09.2010  17:43 Ramin Musayev: «Belə adamlara bizim futbolda yer yoxdur»
30.08.2010  18:54 Qurban Qurbanov: “Devranı almaq fikrimi Rəşadın gedişi qətiləşdirdi”
26.08.2010  00:20 Kamran Ağayev: «Fərhadı qınamaq lazım deyil, Dortmundda «Qarabağ» zəif oynadı»
25.08.2010  20:32 Foqts Vaqif Cavadovu tənqid etdi və Qurban Qurbanovdan izahat istədi
25.08.2010  13:54 Fariz Nəcəfov: “Belə çıxır ki, hər şey mütəşəkkil şəkildə, yuxarıdan təşkil olunub”
24.08.2010  15:40 «Bu cür möhtəşəm stadionda «Qarabağ» sədalarının səslənməsinin özü böyük bir uğurdur»
24.08.2010  00:03 Arif Əsədov: “İnter”ə qalib gəlməyin yollarını artıq bilirik”
22.08.2010  00:24 Fərhad Vəliyev: «Heç bilmirəm, nə deyim…»
19.08.2010  01:24 Samir Musayev: «Turan»da mənə qarşı düz hərəkət eləmədilər»
15.08.2010  16:46 «Borussiya»nın baş məşqçisi: «Biz «Qarabağ»ı «yeməliyik»
15.08.2010  16:03 Qurban Qurbanov: “Berti Foqts bizə “Borussiya” haqda məlumatlar təqdim edib”
13.08.2010  22:32 Tuyqun Nadirov: “Rumıniya mətbuatının yazdığı qiymətlər reallığı əks etdirmir”
12.08.2010  17:12 Arif Əsədov Mpenzanı Flavinyonun yoxluğunda oynadıb
10.08.2010  13:01 Foqts “Borussiya”nın zəif cəhətlərindən danışmaqdan imtina etdi
07.08.2010  23:19 Tahir Gözəl Vaqif Cavadovun «Tvente»dən ayrılmasının səbəblərinə aydınlıq gətirib
06.08.2010  17:28 Əfran İsmayılov: «Qoy, «Borussiya» bizə yuxarıdan aşağı baxsın…»
06.08.2010  17:04 Rəşad Sadıqov: «Çox şey Dortmunddakı oyundan asılı olacaq»
04.08.2010  02:56 Əmrah Çəlikəl: “Bu, “Rusenborq” və “Tvente” ilə matçlardan da çətin oyun olacaq”
03.08.2010  16:19 Bülənt Qorxmaz: «Bakı»ya görə çox üzüldüm, «Qarabağ» isə məni təəccübləndirməkdədir»

  09.09.10
18:01
  Blatter “qızıl qol”u geri qaytarmaq niyyətindədir
17:55
  Arda Bakıya gələcəkmi?
15:30
  "Neftçi"nin oyunçuları Bakı SOS Uşaq Kəndini ziyarət etdi
14:58
  Dieqo Maradonanı İtaliyaya buraxmırlar
14:11
  “Turan”ın ən yaxşısı Kamal Bayramov seçildi
13:57
  Joze Mourinyonun gözü doymaq bilmir
13:23
  “Neftçi” "Muğan"la oyuna hazırlığı davam etdirir
13:09
  Kapello futboldan gedəcəyi tarixi açıqladı
12:48
  Georgi Çediya “Turan”ın düşərgəsinə qayıtdı
12:34
  "Xəzər Lənkəran" MOİK-lə oyuna doğma şəhərdə hazırlaşır
12:25
  Ramazan Bayramınız mübarək!
  08.09.10
18:18
  Millimizin qolu Vaqif Cavadovun ayağına yazıldı
18:10
  “İnter” – “Qarabağ” oyunu Vüsal Əliyevə tapşırıldı
18:05
  Əvəzedicilərin çempionatı: 5-ci turun hakimləri məlumdur
18:02
  Birinci divizionun 2-ci turu üçün hakim təyinatları açıqlandı
17:48
  Millimiz bundestimin 1 və 3 illik həsrətlərinə son qoydu
17:25
  Millimiz sabah yoldaşlıq oyunu keçirəcək
17:20
  U-17 və U-19-dan laktat testi götürüləcək
17:13
  Belçika üzərində qələbə Ardanı itirmək bahasına başa gəldi
16:57
  “Fənərbağça” prezidenti fərari imiş!
16:46
  Vaqif Cavadov Mertezakeri “Bavariya”ya qarşı oynamaqdan məhrum etdi
16:32
  Almaniya - Azərbaycan (FOTOSESSİYA)
16:20
  Alman futbolçular millimizlə oyundan həzz alıblar
16:15
  Belarus U-21 - Azərbaycan U-21 (FOTOSESSİYA)
15:55
  Ağasəlim Mircavadov darmadağında Berti Foqtsu günahlandırdı
15:44
  Unudulmaz futbolçu xərçəng xəstəliyinə tutulub
15:24
  Rəşad Sadıqov birbaşa Türkiyəyə yollandı
14:57
  Baş məşqçi istefa verdi, göz yaşlarını saxlaya bilmədi
14:49
  TFF rəsmisi: “Almaniya və Azərbaycanla oyunları da asanlıqla qazanacağıq”
14:18
  Argentina son dünya çempionunu darmadağın etdi
13:51
  “Turan”ın oyunçusu ermənilərə uduzdu və dava saldı
13:24
  Türkiyə Belçikanı belə devirdi (VİDEO)
13:09
  Lippert: “Son 3-4 ayda futbolçularımın belə oyununu izləməmişdim”
13:04
  Berti Foqts millimizi ölkəsində belə biabır etdi (VİDEO)
13:01
  Georgi Kondratyev: “Qalibləri mühakimə etmirlər”
12:48
  AÇ-2012: İspaniyanın yoxluğunda Şotlandiya və Litva liderliyə yüksəldi
12:41
  “İnter”lə “Neftçi”nin oyunçuları sensasion qələbəyə sevindi
12:32
  AÇ-2012: Portuqaliya millisi H qrupunun autsayderinə çevrilir
12:25
  "Qarabağ"la "İnter"in oyunçuları Latviyaya səfər qələbəsi qazandırdı
12:18
  AÇ-2012: G qrupunda meydan sahibləri üçün qara tur
1. Bahodir Nasimov - "Neftçi" - 6 qol
2. Jaba - "Bakı" - 3 qol
3. Anar Qasımov - MOİK - 2 qol
4. Rəşad Abdullayev - "Neftçi" - 2 qol
5. Qvidas Yuska - AZAL - 2 qol
6. Mario Souza - "İnter" - 2 qol
7. Elvin Beqiri - "Xəzər Lənkəran" - 2 qol
© 2008 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Dizayn: Azdesign.
  Proqramlaşdırma: Elshad100.
Livescore