"Qarabağ" Unibank Premyer Liqasında yaranmış fasilədə yoxlama oyunu keçirib. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, I Divizion təmsilçisi "Bakılı" klubu ilə Suraxanı qəsəbə stadionunda qarşılaşan Ağdam klubu rəqibini 2:0 hesabı ilə məğlub edib. “Qarabağ”ın heyətində Emin İmaməliyev və Röyal Nəcəfov fərqləniblər.