"Fənərbaxça"nın ofisinə hücum (FOTOLAR)

"Fənərbaxça"nın ofisinə hücum (FOTOLAR)
DÜNYA FUTBOLU 25 Aprel 2015 / 11:07 3749
-  A +

Türkiyənin "Fənərbaxça" klubunun paytaxt Ankarada yerləşən ofisi naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, canilər ofisin şüşə qapısını qıraraq içəri daxil olublar və ofisdəki kompüter və digər avdanlıqlara ziyan vurublar.

Dünən yerli vaxtla saat 20:00-da baş verən hadisə zamanı ofisdə "Fənərbaxça"dan heç kəs olmayıb.

Hadisənin törədən şəxslərin "Ankaragücü" azarkeşləri olduğu iddia edilib.

Qeyd edək ki, bundan əvvəl - aprelin 4-də "Rizəspor"la matçdan sonra "Fənərbaxça"nın üzvlərini daşıyan avtobus silahlı hücuma məruz qalıb. Nəticədə sürücü yaralanıb, futbolçulardan isə xəsarət alan olmayıb.










Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı