“Neftçi”də vitse-prezident vəzifəsi də ləğv olundu

“Neftçi”də vitse-prezident vəzifəsi də ləğv olundu
XƏBƏR 31 Mart 2015 / 18:42 3348
-  A +

Bu gün “Neftçi” PFK-ın nəzdində yaradılan Müşahidə Şurasının qərarına əsasən, klubda prezident və vitse-prezident vəzifəsi ləğv olunub.

Qol.Az saytının məlumatına görə, şuranın qərarı ilə icraçı direktor vəzifəsi təsis olunub. Bu vəzifəyə “Neftçi”nin vitse-prezidenti olmuş Elnur Məmmədov təyin edilib.
 
Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidi.

Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı