"Bakı 2015"in medalları təqdim olundu (FOTOLAR)

"Bakı 2015"in medalları təqdim olundu (FOTOLAR)
BAKI-2015 4 Mart 2015 / 17:35 2300
-  A +

"Bakı 2015" I Avropa Oyunlarının medalları təqdim edilib.

Qol.Az-ın "Report" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, qızıl, gümüş və bürünc medallar üzərində dekorativ "Bakı 2015" brendinə uyğun hazırlanmış unikal təsvirlər əks olunub.

Mərkəzində "Bakı 2015" loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdır. Medalın əks tərəfi isə Avropa Olimpiya komitələrinin emblemini və mətn simvolunu əks etdirir.

Medalların tərtibatı 2014-cü il Soçi Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını da hazırlamış məşhur zərgərlik brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar "Azərsuvenir" şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.








Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər