Messidən daha bir rekord

Messidən daha bir rekord
GÜNDƏM 26 Noyabr 2014 / 01:17 7610
-  A +

“Barselona”nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələsində hazırda APOEL-lə keçirilən oyunda dubl etməklə sözügedən turnirdə ən çox qol vuran futbolçu olub.

Aktivinə 72-ci qolu yazdıran Messi Raul Qonzalesi  (71 qol) geridə qoyub. O, “Ayaks”la keçirlən oyunda iki qol vuraraq Kriştian Ronaldonu qabaqlamışdı.

Qeyd edək ki, ÇL-da 70 dəfə fərqlənən Ronaldo bu gün “Bazel”lə keçirilən oyunda Messini yenidən geridə qoya bilər.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"