"Qarabağ"da Reynaldo şoku

"Qarabağ"da Reynaldo şoku
ÖLKƏ FUTBOLU 22 Noyabr 2014 / 17:48 12032
-  A +

Azərbaycan Premyer Liqasının 13-cü turunda sabah AZAL-la qarşılaşacaq "Qarabağ" klubu ciddi itki ilə üzləşib.

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.Az saytına açıqlamasında komandanın aparıcı futbolçusu Reynaldonun zədələndiyini deyib.

Klub rəsmisi "Bakı" ilə Premyer Liqa matçından sonra braziliyalı futbolçunun diz qapaqlarında oynama olduğunu və ilkin diaqnoza görə onun 7-10 gün yaşıl meydanlardan kənarda qalacağını bildirib. 

Reynaldonun Avropa Liqasının qrup mərhələsinin V turunda "Sent-Etyen"lə keçiriləcək görüşdə meydana çıxıb-çıxmayacağına yaxın 2-3 gündə dəqiqləşəcək.

Qeyd edək ki, "Sent-Etyen"- "Qarabağ" oyunu noyabrın 27-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.


Daha çox


Son xəbərlər