Çempionlar Liqasında tarixi gecə

Çempionlar Liqasında tarixi gecə
GÜNDƏM 22 Oktyabr 2014 / 10:11 6238
-  A +

Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turunun ilk günü tarixə keçib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, dünən gecə turnir tarixində ən məhsuldar gün olub.
 
8 oyunda komandalar 40 qol vurub, yəni orta hesabla bir oyunda 5 dəfə top qapılardan keçib.

Ən çox qol “Roma” - “Bavariya” matçında qeydə alınıb - 1:7. APOEL - PSJ görüşündə isə ən az qol vurulub - 0:1.

Qeyd edək ki, ÇL-in 3-cü turunun digər oyunları bu gün keçiriləcək.

Daha çox


Son xəbərlər