Ayazlı, çiskinli payız axşamı on dörd yoldaş olub yola düzəldik, asta-asta, dura-dura qonşu ölkəyə, Tiflisə gəldik.
Ölkədəki müxtəlif media qurumlarını təmsil edən 14 jurnalistik. Musavat.com-dan mən, “Qafqazinfo”dan Elbrus Ərud və İqbal, Bilik Fondundan Ceyhun Musaoğlu, “AzərFaks” agentliyindən Nicat Dağlar, “Aznyus”dan Elçin Zahiroğlu, “Lider” TV-dən Günay Yelmarqızı, “Baku-post”dan Yaqut Quliyeva, “Brend in Baku”dan Zəhra Rüstəmova, GünAz TV-dən Günay Arda, “Azadinform”dan Niyaz Nifiyev, “Avropa.az”-dan Ruslan Bəşirli, “Araz” radiosundan Cavid Osmanov, milli.az-dan Anar Məmmədov.
Qatar yolçuluğumuz şən keçdi. Bizim üçün qatara xüsusi vaqon qoşmuşdular. İki nəfərlik kupelər idi və vaqonda biz idik, bizimkilər idi, başqa bir kimsə yox idi. Deyə-gülə, maraqlı söhbətlər edə-edə gəlib yetişdik Tiflisə. Burdan da Kiyevə gedəcəyik.
Məqsəd ayın 23-də Kiyevdə Dnepropetrovsk şəhərinin “Dnepr” komandası ilə Ağdamın “Qarabağ” klubunun Avroliqa çərçivəsində keçirəcəyi futbol matçında komandamızı dəstəkləməkdir. Çünki məhz bu komanda son illərdə Ağstafadan Astaraya, Xaçmazdan Şərura, Zaqataladan Zərdaba, Bakıdan Şəkiyə qədər bütün həmvətənlərimizin üzünü güldürür və hamı kimi, biz də istəyirik ki, həmişə belə olsun, bu uğur seriyası qırılmasın.
Ölkə xaricinə çıxmışkən, istəyirik bir ağız da eşidən qulaqlara yaralı Qarabağın harayını qışqıraq, Xocalıya ədalət tələb edək və dosta, düşmənə göstərək ki, Xocalıda baş verən soyqırım aktı təkcə fevral ayında yadımıza düşmür, bu tarixi töhmət hərbi caniləri kabus kimi hər zaman – fevralda da, mayda da, avqustda da, oktyabrda da izləyəcək, həm də hər yerdə - Tiflisdə, İstanbulda, Kiyevdə, Parisdə, Londonda, Vaşinqtonda və s...
Bəs bu təşəbbüs hardan gəldi, dəstək komandası necə quruldu? Təşəbbüs Elbrus Əruda aiddir. O, sosial şəbəkədə belə bir təşəbbüslə çıxış edərkən nəzərdə tutub ki, səfərin bütün xərcləri Kiyevə getmək istəyən jurnalistlərin öz hesabına olsun. Buna ilk dəstək verən jurnalistlərin sayı az olub. Ancaq sonra “Azərçay” firması səfərin xərclərinin böyük hissəsini öz üzərinə götürüb, daha sonra “Akkord” şirkəti müraciətlərə müsbət reaksiya verərək, qaldırılmış təşəbbüsü xalqın, millətin adına faydalı sayıb, səfərin yerdə qalan xərclərini qarşılamaq haqda qərar verib.
Beləliklə, iş başa gələndən sonra səfərə getmək istəyən jurnalistlərin sayında ciddi sıçrayış əmələ gəlib.
Artıq “Qarabağ”a dəstək olmaq istəyən jurnalistlər çoxalsa da, təşəbbüskar və təşkilatçılar yalnız belə bir səfər ideyasını ilk alqışlayanları siyahıya salıblar və budur, həmin komanda səfər çantaları ilə birlikdə yoldadırlar.
Yolda gəldiyimiz ümumi fikir bundan ibarətdir ki, bundan sonra həm jurnalist, həm də vətəndaş olaraq diri olmaq, hər fürsəti dəyərləndirmək, ölkəmizin, haqq işimizin davasını aparmaq lazımdır. Qoy bu kimi başqa qruplar da yaradılsın.
Niyyət saf, səmimi olandan sonra belə təşəbbüslərə dəstək vermək istəyənlər həmişə tapılacaq. Bu, onlar üçün o qədər də böyük vəsait deyil, Amma ayın 23-də ekran qarşısında oturub “Qarabağ”la “Dnepr”in oyununa baxam milyonlar insan biləcək ki, stadiondan gələn çığırtı-bağırtının içində bizimkilərin də səsi var.
Xalid Kazımlı
P.S. Dəstəyə gəlincə, səfər öncəsi mağazada idman kostyumu alarkən satıcıdan üstünə “Azərbaycan” yazılmış kostyum istədim. Satıcı “olmalıdır” dedi, axtardı, bir az gec tapınca soruşdu ki, niyə məhz “Azərbaycan” yazılmış olmalıdır, başqa yazıyla olan olmazmı. Qısaca, səfərimizin məqsədini dedim. O, kostyumu mənə danışdığımızdan ucuz qiymətə verdi və dedi, bu da mənim “Qarabağ”a dəstəyim olsun. Soruşdum, qarabağlısanmı, dedi, yox, naxçıvanlıyam, amma Qarabağ hamımızındır.
Daha bilmədim o hansı Qarabağı deyir – mahalımı, futbol komandasnımı? Əslində heç bir fərqi də yoxdur...
PSJ hücumçusunu satdı
PSJ prezidenti: "Super Liqa mənim üçün mövcud deyil"
Muslera milli karyerasını başa vurdu
Azərbaycan boksçusundan bürünc medal - Avropa çempionatı
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
“Sabah” bölgələrdə seçimlərə başlayacaq
Futzal üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
Azərbaycan cüdoçusu Avropa çempionatının finalında uduzdu
"Sabah" Gənclər Liqasının qalibi oldu
"Karvan" və "İmişli"dən qələbə, lider xal itirdi
Azərbaycanın U-17 millisi Özbəkistana uduzdu
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
Xavi qərarını niyə dəyişdi?
La Liqanın bəzi oyunları ABŞ-da keçiriləcək
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi - Video, Şəkillər
İstanbul derbisinin hakimi bilindi
Hakimi təhqir etdiyi üçün cəzalandırıldı
"Qəbələ"nin futbolçusu əməliyyat olundu
PFL hakim təyinatlarını açıqladı
Klopp üzr istədi
Kroos: "Ançelotti bizə yalan danışdığını dedi"