Bu gün Çempionlar Liqasında mövsümə yekun vurulub. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Bavariya" və "Çelsi" klubları üz-üzə gəlib.
Final matçının Münhendə keçirilməsi "Bavariya" üçün əlavə üstünlük olacaqdı. 2010-cu ildə finalda "İnter"ə 0:2 hesabı ilə məğlub olan "Bavariya" klubu bu dəfə doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaqdı. Almaniya Bundesliqası və kubokunda "Borussiya" (Dortmund) klubuna uduzan Münhen təmsilçisi ÇL-i qazanmaqla mövsümü titulla başa vurmaq niyyətində idi.
Bu mövsüm İngiltərə Premyer Liqasını 6-cı pillədə başa vuran "Çelsi" klubu də kuboka iddiasını davam etdirirdi. 2008-ci ildə Moskvada keçirilən final matçında "Mançester Yunayted"ə penaltilər seriyasında məğlub olan "zadəganlar" da həmin uğursuzluğu unutdurmağa yaxın idi ki, bunu da bacarıb. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın taleyi penaltilər seriyasında həll olunub. Bu seriyada daha dəqiq oynayan "Çelsi" klubu tarixində ilk dəfə olaraq ÇL-in qalibi olub - 4:3.
19 may
Çempionlar Liqası, final görüşü
23:45. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 1:1 (Penaltilər seriyası - 3:4)
"Bavariya": + + + - -
"Çelsi": - + + + +
Qollar: Tomas Müller, 83 (1:0), Didye Droqba, 89 (1:1)
Qeyd edək ki, matçın 96-cı dəqiqəsində "Bavariya"nın hücumçusu Aryen Robben penalti zərbəsindən yararlana bilməyib. Hollandiyalı futbolçunun vurduğu topu "Çelsi"nin qapıçısı Peter Çex zərərsizləşdirib.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı