“PFL olaraq, futbol matçları zamanı asayişi qoruyan polislərə hər hansı bir təlimat vermək səlahiyyətimiz yoxdur. Sadəcə, onlara deyirik ki, təhlükəsizliyin qorunması üçün lazım olan tədbirləri görsünlər”.
Bu sözləri Qol.Az-a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev deyib. PFL rəsmisi dünən Mərdəkandakı “Dalğa Arena”da keçirilən ölkə kubokunun “Neftçi”-“Bakı” finalında polislərlə jurnalistlər arasında yaranan qarşıdurmaya münasibət bildirib: “Öncə onu deyim ki, PFL jurnalistlər üçün bütün lazımı şəraiti yaratmışdı. Yəni, onlar üçün su, yemək təşkil edilmişdi. O ki qaldı, polislərlə jurnalistlər arasındakı qarşıdurmaya, ola bilər anlaşılmazlıq olub. Hər halda, polis jurnalistlə azarkeşi fərqləndirsə yaxşı olar. Jurnalist meydançaya butulka atan deyil ki”.
Qeyd edək ki, dünənki qarşılaşmada bir qrup polis jurnalistlərin özləri ilə içəri su keçirməsinə icazə verməmişdi ki, bunun da nəticəsində asayiş keşikçiləri ilə media təmsilçiləri arasında qarşıdurma yaranmışdı. Hətta PFL-in vəsiqələri də işə yaramamışdı.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı