"Bavariya" klubunun yarımmüdafiəçisi Frənk Riberi Çempionlar Liqasının finalında sabah qarşılaşacaqları "Çelsi" ilə görüş haqda danışıb.
Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına danışan fransız futbolçu "Çelsi" ilə oyunda məğlubiyyət haqda düşünmədiklərini bildirib:
"Çelsi" ilə oyunda məğlubiyyət haqda düşünmürük. 29 yaşındayam və sabahkı görüş mənim Çempionlar Liqasında son finalım ola bilər. Bu mövsüm bacardığımız qədər irəlilədik. Ancaq çoxları bizim finala çıxacağımızı gözləmirdi. Lakin "Bavariya" finala layiq komandadır. İnanıram ki, sabah da komanda şəklində oynayaraq ÇL-in qalibi olacağıq".
Qeyd edək ki, "Bavariya" - "Çelsi" matçı sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı