Unibank Premyer Liqanı 3-cü pillədə başa vuran “İnter” klubu bir sıra statistik göstəricilərlə yadda qalıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "İnter"də mövsümün rekordçusu meydanda 2610 dəqiqə keçirmiş qapıçı Giorgi Lomaya olub.
O, “İnter”in qapısını 29 matçda 90 dəqiqə qoruyub və bu oyunlarda cəmi 18 top buraxıb (orta hesabla hər oyuna 0,620 qol). Bundan başqa, gürcüstanlı qolkiper daha bir maraqlı göstərici ilə də fərqlənib.
Belə ki, o, “İnter”in qapısına təyin edilmiş 5 onbirmetrlik cərimə zərbəsindən 3-cünü dəf etməklə də yadda qalıb. Onun penaltiləri dəf etmək göstəricisi 60 faizlik yüksək səviyyəyə bərabərdir. Xatırladaq ki, G.Lomaya Aleksandr Şoliçin (“Bakı” FK), Con Pelunun (“Rəvan”) və Bahadır Nəsimovun (“Neftçi”) penalti zərbələrini dəf edib.
Digər gürcüstanlı müdafiəçi Valeri Abramidze isə Lomayadan bir qədər az - 2605 dəqiqə meydanda görünmüşdü. Siyahıda sonrakı pillələri isə bu futbolçular tutur: Vladimir Levin (2430 dəqiqə), İlia Kandelaki (2351 dəqiqə), Arif Daşdəmirov (2296 dəqiqə) və Bronislav Çervenka (2054 dəqiqə). Yeri gəlmişkən, 36 yaşlı çexiyalı Unibank Premyer Liqanın ən yaşlı legioneri olub.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı