Mayın 20-də İsveçrənin Lütsern şəhərində akademik avarçəkmə üzrə Yekun Olimpiya Təsnifat Reqatası (Final Olympic Qualification Regatta) start götürəcək.
Qol.Az-ın məlumatına görə, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda Azərbaycan 2 qayıqda 4 avarçəkənlə təmsil olunacaq.
Ötən ilki dünya çempionatında 1 nəfərlik qayıqla (M1X) London olimpiadasına vəsiqəni təmin etmiş Aleksandr Aleksandrov bu dəfə 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizəyə qoşulacaq. 22 yaşlı Aleksandrov 16 yaşlı vunderkind Boris Yotovla birgə 2000 metr məsafəyə yürüşlərə qatılacaq. Bundan başqa, qadınların yarışında Viktoriya Nençeva – İskra Angelova dueti 2 nəfərlik təkavarlı (W2-) qayıqla eyni məsafəni qət edəcək.
Aleksandrov – Yotov duetinin yer aldığı qayıq tipində daha 13, Nençeva – Angelova duetinə isə daha 8 ölkəni təmsil edən cütlük rəqib olacaq. Kişilərin yarışında 14 cütlük 3 yarımqrupa (5+5+4), qadınların mübarizəsində isə 9 cütlük 2 yarımqrupa (5+4) bölünəcəklər.
Qadınların mübarizəsində yarımqrupların hər birində ilk 2 yeri tutanlar birbaşa finala, sonrakı pillələrin sahibləri təsəlli yürüşünə çıxacaqlar. Təsəlli yürüşündə də ilk 2 yerin sahibləri finala yüksələcəklər. Mayın 22-də baş tutacaq həlledici yürüşdə yenə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya qazanacaqlar.
Kişilərin mübarizəsində seçmə mərhələdə hər yarımqrupda ilk 3 yeri tutanlar birbaşa yarımfinala, sonrakı pillələrin sahibləri isə təsəlli yürüşünə qatılacaqlar. Təsəlli yürüşündə ilk 3 yeri tutanlar da yarımfinala çıxacaq. Mayın 22-də 12 duet hər birində 6 cütlük olmaqla, daha 2 yarımqrupa bölünəcək. Yarımfinalda onların hər birində ilk 3 yeri tutanlar finala adlayacaqlar. Beləliklə, mayın 23-də 6 cütlüyün iştirakı ilə final yürüşü baş tutacaq. Həlledici yürüşdə ilk 2 yeri tutanlar London olimpiadasına lisenziya əldə edəcəklər.
Qeyd edək ki, artıq ölkəmiz akademik avarçəkmə növündə 2 lisenziyaya malikdir. Ötənilki dünya çempionatında Aleksandr Aleksandrovdan əlavə, qadınların mübarizəsində 1 nəfərlik qayıqla (W1X) yürüşdə Nataliya Mustafayeva bu hüquqa yiyələnib.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı