Yeni mövsümdə qarşısına böyük hədəflər qoyan “Qəbələ” 2012-2013 futbol ili üçün heyətini formalaşdırmağa başlayıb. Artıq bir neçə futbolçunun komandadakı taleyinə aydınlıq gətirilib. Mahir Şükürov, Abdul Kader Kamara, Lyubo Baranin və Pavel Doroşevin ardından Qrem Smit, Deon Barton, Arif İsayev, Sergey Sokolov və Saşa Yunisoğlunun da komandandan getməsi dəqiqləşib.
Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı məlumat yayıb. Bidirilib ki, Tərzin Cahangirovla Nuran Qurbanov isə futbolçu həyatlarını icarə əsasında başqa komandada davam etdirəcəklər. Müqaviləsi sona çatan Nodar Məmmədovla razılıq əldə olunub və yaxın vaxtlarda müdafiəçi ilə yeni müqavilə imzalanacaq. Digər müqaviləsi sona çatmış futbolçu hollandiyalı Stiv Olferslə danışıqlar davam etdirilir. Razılıq əldə olunarsa, müdafiəçi növbəti mövsümdə də “Qəbələ”də oynayacaq.
Hazırda müalicə alan Rövşən Əmiraslanovun komandada qalıb-qalmayacağı məsələsi də futbolçunun müalicəsinin nəticələrinə görə öz həllini tapacaq.
“Qəbələ” Futbol Klubu komandadan ayrılan futbolçulara komandadakı çıxışlarına və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyeralarında yeni-yeni uğurlar arzulayıb.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı