Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın final mərhələsinin son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ən ağır cəza isə "Fənərbaxça" klubuna kəsilib.
Sonuncu turda doğma meydanda "Qalatasaray"la 0:0 hesablı bərabərə qalmaqla çempionluğu əldən verən "Fənərbaxça" klubu yeni mövsümdə 6 oyunu boş tribunalar qarşısında keçirməli olacaq. Buna səbəb kimi isə "sarı lacivərdli" azarkeşlərin "Qalatasaray"la oyundan sonra qalmaqal yaratması göstərilir. "Fənərbaxça" klubu bu cəza ilə yanaşı, 38,750 türk lirəsi məbləğində cərimələnib.
TFF "Qalatasaray" klubunu da cəzasız qoymayıb. "Cim Bom" "Fənərbaxça" ilə görüşdən sonra mətbuat konfransına oyunçu göndərmədiyi üçün 10 min türk lirəsi məbləğində cəzalandırılıb. Klubun prezidenti Ünal Aysal isə matçdan sonra verdiyi sərt açıqlamaları səbəbindən 15 min türk lirəsi civarında cəzaya məruz qalıb.
"Beşiktaş"la oyunda (1:1) qırmızı vərəqə alan "Trabzonspor"un hücumçusu Burak Yılmaz isə 3 oyunluq cəzalandırılıb. Bununla da, Yılmaz yeni mövsümün ilk 3 matçını buraxmalı olacaq. Trabzon təmsilçisinin baş məşqçisi Şenol Günəş isə görüşdən sonra matçın hakiminə qarşı təzyiq göstərdiyi üçün cəzalandırılıb. Cəzaya görə 3 oyunluq paltardəyişmə otağına girməyi qadağan olunan Şenol eyni zamanda məşqçilər korpusunda yer almayacaq.
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı