Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.
Yarışda Belarus, Azərbaycan, Rusiya, Ermənistan, Avstraliya, Moldova, Qətər, Qazaxıstan və Latviya idmançıları mübarizə aparırlar.
Komandaların nümayəndələri və turnir iştirakçıları yarışdan öncə Viktor Liventsovun məzarını ziyarət ediblər. Turnirdə Azərbaycanı 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmış Elvin Məmişzadə (52 kq), Məhəmməd Abdulhəmidov (56 kq), Heybətulla Hacəliyev (64 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) təmsil edirlər. Dünya çempionumuz Məcidov ilk döyüşdə ukraynalı İvan Bezverxiyi 21:7 hessabı ilə məğlub edib. Milli komandamızın üzvü ikinci döyüşünü rusiyalı Zelimxan Bataşevə qarşı keçirəcək.
Elvin Məmişzadə də yarışa qələbə ilə başlayıb. Boksçumuz Qətəri təmsil edən Erlan Tamemovu aşkar üstünlüklə məğlub edib. Hacəliyev isə qazaxıstanlı Sabit Tuleberqenova 2 xal fərqlə uduzub. Abdulhəmidov ilk döyüşünü rusiyalı dünya çempionu Sergey Vodopyanova qarşı keçirəcək.
Xəbər: Lent.az
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı