Bu gün Azərbaycan kubokunun final matçı keçirilib. Qol.Az-ın məlumatına görə, həlledici görüşdə "Neftçi" və "Bakı" komandaları üz-üzə gəlib.
Unibank Premyer Liqanın qalib olan "Neftçi" klubu "qızıl dubl" etmək niyyətində idi. İndiyə qədər 6 dəfə ölkə kubokunun finalına yüksələn "ağ qaralar" cəmi bir görüşdə meydanı məğlub tərk edib. Qalan 5 oyunda fəxri mükafata sahib çıxan "Neftçi" bu gün 6-cı qələbəsini qazanmağa çalışacaqdı.
"Neftçi"dən fərqli olaraq "Bakı" cəmi 2 dəfə finala yüksəlib ki, hər iki görüşdə də qələbə qazanmışdı. Unibank Premyer Liqanı 6-cı pillədə başa vuran "zolaqlılar" mövsümü titulla başa vura bilərdi. Bunun üçün Novruz Əzimovun komandası son olaraq "Neftçi" səddini keçməli idi. İlk hissədə rəqibini 2 dəfə məyus edən "Bakı" fəxri mükafata sahib çıxıb - 2:0.
17 may (cümə axşamı)
Azərbaycan kuboku, final matçı
20:00. "Neftçi" - "Bakı" - 0:2
Qollar: Koke, 8 (0:1), Junior, 28 (0:2)
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Elman Musayev, Fariz Yusifov
Bakı. "Dalğa Arena"
“Neftçi”: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski, 9. Flavio Aleks Valensio, 15. Ruslan Abışov, 18. Ruslan Əmircanov, 19. Mirhüseyn Seyidov, 22. Fərid Quliyev, 27. Rəşad Abdullayev
“Bakı”: 16. Aqil Məmmədov, 3. Deniss İvanovs, 6. İbrahim Karqbo, 7. Çesnauskis Deividas, 8. Junior Xavier Vilson, 15. Cəmşid Məhərrəmov (k), 20. Elşad Manafov, 24. Nenad Kovaçeviç, 36. Uinston Parks, 77. Aleksandar Soliç, 98. Sergio Pardo
Xəyal Madridə getdi
Hacı Əliyev milliyə məşqçi təyin edildi
Məşhur futbolçu karyerasını başa vurdu
Füzuli Məmmədov bu kluba baş məşqçi təyin olundu
“Şamaxı”nın yay hazırlığı harada olacaq?
Eriksenin karyerası təhlükə altında?
DÇ-2026: Özbəkistan millisinin oyun təqvimi
Şimali Makedoniya - Azərbaycan matçının hakimləri bilindi
Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcəklər
“Fiorentina”ya yeni baş məşqçi təyin edildi
“Şəfa”nın yay hazırlıq planı bəlli oldu
"Milan" Fransa millisinin üzvünü transfer etmək istəyir
Kukurella "Çelsi"dən gedir
PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
Azərbaycan gimnastlarından Dünya kubokunda üç qızıl medal
Misli Premyer Liqasında mövsümün ən yaxşı 10 qolu - Video
Konate “Real"la müqavilə imzalayıb
FİFA prezidenti Eriksendən danışdı