Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası

Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası
GÜNDƏM 6 Fevral 2012 / 10:41 3332
-  A +

Unibank Premyer Liqasında növbəti baş məşqçi istefası baş verib. “Rəvan” bu mövsümdə ikinci dəfə çalışdırıcısıyla yolları ayırıb. Klubun vitse-prezidenti Bəhruz Şirəlyev Qol.Az-ın müxbiri ilı söhbətində Vladislav Qədirovun istefaya göndərildiyini bildirib.

Baş məşqçi vəzifəsi müvəqqəti olaraq Bəhmən Həsənova həvalə edilib. Klub rəsmisi yeni çalışdırıcı axtardıqlarını deyib. 

Qeyd edək ki, bu, cari mövsümdə 7-ci istefadır. Bu mövsüm "Rəvan" Bəhmən Həsənovla, “Xəzər Lənkəran” Mirça Redniklə, "Qəbələ" Toni Adamsla, AZAL Elxan Abdullayevlə, "Kəpəz" isə Mehman Allahverdiyev və Mirbağır İsayevlə yolları ayırıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner