Skolari: "Atletiko" "Çelsi" səddini keçəcək"

Skolari: "Atletiko" "Çelsi" səddini keçəcək"
XƏBƏR 25 Aprel 2014 / 03:12 2131
-  A +

Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari Çempionlar Liqasının yarımfinalında qarşılaşan "Atletiko" (Madrid) və "Çelsi" klublarının finala çıxmaq şanslarını dəyərləndirib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis "Atletiko"nun "Çelsi" səddini keçəcəyinə inandığını bildirib:

"Ümid edirəm ki, "Atletiko" "Çelsi" səddini keçəcək. 0:0 hesabı hələ heç nə demək deyil. Əgər "Çelsi" "Atletiko"ya məğlub olarsa, mən yaxşı istirahət etmiş millinin 4 futbolçusuna (David Luiz, Oskar, Villian və Ramires) sahib olacam".

Qeyd edək ki, "Çelsi" - "Atletiko" oyunu aprelin 30-da, Londonda keçiriləcək. 


Son xəbərlər