"Messi "Barselona" kimi komanda tapa bilməz"

"Messi "Barselona" kimi komanda tapa bilməz"
GÜNDƏM 25 Aprel 2014 / 02:51 3133
-  A +

"Barselona"nın futbolçusu Andres İniyesta mövsümün sonunda komandadan ayrılacağı iddia edilən Lionel Messi haqda maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "Sport"a danışan ispaniyalı futbolçu Messinin bir daha "Barselona" kimi komanda tapmayacağını dilə gətirib:

"Barselona" bir daha Messi kimi futbolçuya sahib olmayacaq. Ancaq Messi də özünü evdəki kimi hiss etdiyi bir komanda tapa bilməz. Bu səbəbdən onun karyerasını "Barselona"da başa vuracağına ümid edirəm. Bu, hər iki tərəf üçün uğurlu seçim olar".

Qeyd edək ki, "Barselona" ilə müqavilə yeniləyəcəyi gözlənilən argentinalı futbolçunun eyni zamanda komandadan ayrılacağı da istisna olunmur.

Daha çox


Son xəbərlər