Podolski: "Bir gün yenidən "Köln"ə qayıdacağam"

Podolski: "Bir gün yenidən "Köln"ə qayıdacağam"
XƏBƏR 25 Aprel 2014 / 00:01 1576
-  A +

"Arsenal" klubunun hücumçusu Lukaş Podolski sabiq komandası "Köln" haqda danışıb.

Qol.Az-ın məlumatına görə, polşa əsilli alman futbolçu "Tribal Football"a açıqlamasında yenidən doğma klubuna qayıtmaq istəyini gizlətməyib:

"Bundesliqa dünyanın ən yaxşı çempionatlarından biridir. Mənim üçün ora qayıtmaq hər zaman xoşdur. Əlbəttə ki, klub kimi ilk olaraq "Köln"ü seçərdim. Ora mənim doğma evimdir. Ola bilər ki, bir gün yenidən "Köln"də oynadım".

Qeyd edək ki, Podolski 2003-2006 və 2009-2012-ci illərdə yeni mövsümdən Bundesliqada çıxış edəcək "Köln"də oynayıb.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın