"Barselona"nın "Araz"ı məğlub etməsini istəyirəm"

"Barselona"nın "Araz"ı məğlub etməsini istəyirəm"
XƏBƏR 24 Aprel 2014 / 22:55 2321
-  A +

Moskva "Dinamo"sunun  baş məşqçisi Faustino Perez futzal üzrə UEFA kubokunun 1/2 finalında "Kayrat"ı məğlub edərək finala yüksəldikləri oyundan (1:2) sonra açıqlama verib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, o, finalda hansı komanda ilə qarşılaşacaqlarının onlar üçün fərq etmədiyini deyib. Ancaq  F.Perez bildirib ki,"Barselona"nın "Araz"ı məğlub etməsini daha çox istəyir:

"Turnirin təşkilatçılarına təşəkkür edirəm. Bərabər səviyyəli oyun oldu. Oyunun ritminə uyğun çıxış edə bildik. Komandamı qələbə münasibətilə təbrik edirəm. Finalda hansı komanda ilə qarşılaşacağımızın bizim üçün fərqi yoxdur. Amma gizlətməyəcəyəm, İspaniya təmsilçisinin qələbəsini istəyərdim”.
 


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi