Mustafa Dənizli: "Kubokla vidalaşmaq bizim üçün intihar etmək kimidir"

Mustafa Dənizli: "Kubokla vidalaşmaq bizim üçün intihar etmək kimidir"
GÜNDƏM 24 Aprel 2014 / 22:26 3736
-  A +

“Kubokla vidalaşdıq. Bu, bizim üçün intihar etmək kimidir. Mövsümün ən baxımlı, sürətli oyununu oynadıq. Lakin buraxılan səhv qapımıza qolla nəticələndi. Matçın əvvəlindən yüksək templə oynamağımız nəticə versə idi, nəyəsə ümid edə bilərdik. Risk etməliydik, amma alınmadı".

Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Azərbaycan kubokunun yarımfinalında "Qəbələ" ilə oyundan (1:1) sonra deyib.

Türkiyəli çalışdırıcı komandada futbolçu seçimlərinin öz istəyi ilə olduğunu bildirib:

"Futbolçuları mən seçmişəm, heç kim “ bu və ya digər futbolçunu heyətə gətirməliyik” sözünü mənə deməyib”.

Qeyd edək ki, "Xəzər Lənkəran" iki oyunun nəticəsinə (0:3, 1:1) əsasən Azərbaycan kubokunda mübarizəni dayandırıb.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın