Kurtar: "Bəhanə gətirmirəm, amma..."

Kurtar: "Bəhanə gətirmirəm, amma..."
ÖLKƏ FUTBOLU 24 Aprel 2014 / 21:57 2780
-  A +

"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Azərbaycan kubokunun yarımfinalında "Neftçi"yə məğlub (1:3) olaraq mübarizəni dayandırdıqları oyunu şərh edib.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  rəqibi qələbə münasibəti ilə təbrik edən türkiyəli mütəxəssis finala yüksəlmədikləri üçün təəssüf hissi keçirdiklərini deyib:

“Biz də finala çıxmaq istəyirdik, təəssüf ki, alınmadı. Baş məşqçinin bəhanəsi olmaz, amma əsas heyətin 5 yerli futbolçusundan ikisi cəzalı vəziyyətdə olması oyun üslübumuza təsir etdi. Orxan və Cəmşidin olmaması öz sözünü dedi. Heç olmasa biri oynasa idi, oyun başqa cür alınardı. İlk matçda Hüseyn və Novruz Flavinyoya oynamağa imkan vermədi. Mərkəzdə Kamil Kopunek dayaq yarımmüdafiəçisi kimi çıxış etdi. Çox pis qollar buraxdıq, xüsusən də üçüncü qol inanılmaz idi. Hesab 1:2 olanda bir neçə real qol imkanından yararlana bilmədik".

O, bundan sonra bütün diqqətlərini Premyer liqa görüşlərinə yönəldəcəklərini bildirib:

"Futboçularımız bacardıqlarının ən yaxşısını oynadılar. Bundan sonra bütün diqqətimizi Premyer Liqadakı son 5 oyunumuza yönəldəcəyik. Kuboku qazanacağımıza inanırdıq, ona görə çempionat matçlarına çox fikir vermədik. Liqa və kubok görüşlərinə fərqli heyətlərlə çıxdıq. Qarşıdakı oyunlarda daha yaxşı oynayacağımıza və məğlub olmayacağımıza inanıram. 

Lukaş Sapelanın buraxdığı qollara heç nə demirəm, hər futbolçu səhv edə bilər. Məğlubiyyətdə günahkar məşqçi olur. Oke Akpovete oyunun gedişini dəyişə biləcək oyunçudur, lakin bu gün çox pis oynadı. Standart vəziyyətlərdə çox səhvlər buraxdıq. Üç ay ərzində bunun üzərində işləsək də, istifadə edə bilmədik, futbolçulardan ancaq buna görə narazıyam” - deyə G.Kurtar qeyd edib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı