UEFA-dan PSJ və "Mançester Siti"yə şad xəbər

UEFA-dan PSJ və "Mançester Siti"yə şad xəbər
XƏBƏR 24 Aprel 2014 / 19:57 2491
-  A +

Yeni mövsümdən heç bir klub maliyyə Fair Play qaydalarına riayət etmədiyi üçün avrokuboklarından uzaqlaşdırılmayacaq.

Qol.Az-ın məlumatına görə, "Le Parisien"ə danışan UEFA-nın prezidenti Mişel Platini deyib ki, düzdür, qaydaları yerinə yetirməyən klublara ağır cəzalar tətbiq olunacaq, amma avrokuboklardan heç kim uzaqlaşdırılmayacaq.

Qeyd edək ki, transferlərə yüksək məbləğdə pul xərclədiyi üçün PSJ və "Mançester Siti"nin avrokuboklardan uzaqlaşdırılma təhlükəsi olduğu iddia edilirdi.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi