"Moyesə lazımi qədər vaxt verilmədi"

"Moyesə lazımi qədər vaxt verilmədi"
XƏBƏR 24 Aprel 2014 / 18:12 2142
-  A +

ABŞ millisinin çalışdırıcısı Yurgen Klinsman Devid Moyesin "Mançester Yunayted"in baş məşqçi postundan qovulmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "Daily Mail"ə danışan Klinsman Moyesə lazımi qədər zamanın verilmədiyini deyib:

"Moyesin özünü sübut etməsi üçün imkanı olmadı. Çünki ona lazımi qədər vaxt verilmədi. Cari mövsüm işləri yolunda getmədi və qovuldu. Ancaq deyə bilərəm ki, o, əla məşqçidir. "Mançester Yunayted"də onun zamana ehtiyacı var idi".


Son xəbərlər