Rövnəq Abdullayev UEFA İcraiyyə Komitəsinin üzvü ilə görüşdü

Rövnəq Abdullayev UEFA İcraiyyə Komitəsinin üzvü ilə görüşdü
XƏBƏR 24 Aprel 2014 / 17:35 1203
-  A +

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bolqarıstan Futbol Federasiyasının prezidenti, UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri Borislav Mihaylovla görüşüb. 

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda keçiriləcək futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları ilə əlaqədar Bakıya gələn B.Mihaylov ölkəmizə səfərindən məmnunluğunu bildirib, səmimi qarşılanmaya görə minnətdarlıq edib.

Görüşdə iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, futzal üzrə UEFA kubokunun final mərhələsinin yüksək səviyyədə təşkil olunması barədə geniş fikir mübadiləsi aparılıb.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi