Premyer Liqanın ən pis "11"liyi müəyyənləşdi

Premyer Liqanın ən pis "11"liyi müəyyənləşdi
GÜNDƏM 24 Aprel 2014 / 17:03 3388
-  A +

İngiltərə Premyer Liqasında başa çatmaqda olan mövsümün ən pis "11"liyi müəyyənləşib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, siyahıda daha çox "Mançester Yunayted" klubunun futbolçuları yer alıb ki, bu da təsadüfi deyil.

Cari mövsümü uğursuz çıxışla yadda qalan "qırmızı şeytanlar"ın 3 futbolçusu bu "11"likdə qərarlaşıb. Premyer Liqanın autsayderi olan "Fulhem"in isə iki oyunçusu mövsümün ən pis 11 futbolçusu sırasında yer alıb.

 


1. Marten Stekelenburq ("Fulhem") - mövsümün əvvəlində 5 milyon avro qarşılığında "Roma"dan "Fulhem"ə transfer olunan hollandiyalı qolkiper qapısında 48 qol görüb. Feliks Maqat baş məşqçi postuna gəldikdən sonra cəmi 3 oyunda meydana çıxıb.

2. Kris Smolinq ("Mançester Yunayted") - Devid Moyesin həm sağ, həm də sol cinahda oynatdığı futbolçu heç bir mövqedə özünü doğrultmadı.

3. Nathan Baker ("Aston Villa") - "Aston Villa"nın 22 yaşlı futbolçusu yalnız "Çelsi" ilə görüşdə (1:0) özünü yaxşı tərəfdən göstərib. Mövsümün qalan matçlarında isə zəif təsir bağışlayıb.

4. Fernando Amorebieta ("Fulhem) - mövsümün əvvəlində "Atletik" (Bilbao) klubundan "Fulhem"ə transfer olunan Amorebieta 21 oyunda iştirak etsə də, komandanın uğursuz çıxışlarının əsas səbəbkarı göstərilir.

5. Ali Sissoko ("Liverpul) - "Valensiya"dan icarəyə götürülən Sissoko "Liverpul"da ona bəslənən ümidləri doğrultmayıb. Nəticədə əsas heyətdəki yerini Con Flanaqana təhvil verməli olub.

6. Muhamed Diame ("Vest Hem") - Bir il öncə adı "Tottenhem" və "Arsenal"la hallanan Diame bu mövsüm "Vest Hem"in heyətində ondan gözlənilən oyunu sərgiləyə bilməyib.

7. Maruan Fellaini ("Mançester Yunayted") - 33 milyon avro qarşılığında "Everton"dan "Mançester Yunayted"ə transfer olunan belçikalı futbolçu yeni komandasında təzyiqi üzərindən ata bilməyib. 15 oyuna çıxan Fellaini nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

8. Tom Kleverli ("Mançester Yunayted") - "Mançester Yunayted"in 24 yaşlı futbolçusu meydana çıxdığı 21 oyunda komandasına istənilən səviyyədə kömək edə bilməyib.

9. Riki van Volfsvinkel ("Norviç") - 10,3 milyon avro qarşılığında "Sportinq"dən "Norviç"ə keçən hollandiyalı futbolçu cəmi bir dəfə rəqib qapısına yol tapıb.

10. Jozi Altidor ("Sanderlend") - "Sanderlend"in "AZ Alkmaar"dan böyük ümidlərlə transfer etdiyi amerikalı futbolçu Premyer Liqada vurduğu bir qolla yadda qalıb.

11. Papis Sisse ("Nyukasl") - ilk ilində "Nyukasl" forması ilə keçirdiyi 14 oyunda 13 qol vurmaqla parlayan Sisse cari mövsüm cəmi 8 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı