Benitez "Liverpul"un futbolçusunu istəyir

Benitez "Liverpul"un futbolçusunu istəyir
XƏBƏR 24 Aprel 2014 / 15:14 2581
-  A +

"Liverpul" klubunun müdafiəçisi Daniel Agger mövsümün sonunda komandasını dəyişə bilər.

Qol.Az-ın "Daily Mirror"a istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu "Napoli"nin maraq dairəsinə düşüb.

Neapol təmsilçisinin baş məşqçisi Rafael Benitez sabiq futbolçusunu yeni mövsümdən komandasında görmək istəyir. Danimarkalı futbolçunun da İtaliya A Seriyasında oynamaq istədiyi bildirilir. Lakin yeni mövsümdən Çempionlar Liqasında çıxış edəcək "Liverpul"un Aggeri satmayacağı gözlənilir.

Qeyd edək ki, Agger və Benitez 2006-2010-cu illərdə "Liverpul"da birgə çalışıblar.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi