Kasilyas tarixi rekorda yaxınlaşdı

Kasilyas tarixi rekorda yaxınlaşdı
GÜNDƏM 24 Aprel 2014 / 14:50 2891
-  A +

"Real"ın futbolçusu İker Kasilyas adını yenidən klubun tarixinə yazdırıb.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, Madrid klubunun dünən Çempionlar Liqasında "Bavariya"nı məğlub etməsi ilə ispan qolkiper "Real"la 427-ci qələbəsini qazanıb.  Bununla da təcrübəli qapıçı Raul Qonzalesin rekorduna şərik çıxıb.

Kasilyasın iştirakı ilə "Real" bir görüşdə də qalib gələcəyi təqdirdə, o, Madrid təmsilçisi ilə ən çox qələbə qazanan futbolçu olacaq.

Daha çox


Son xəbərlər