Lam: "Real"ın oyunu bizi təəccübləndirmədi"

Lam: "Real"ın oyunu bizi təəccübləndirmədi"
XƏBƏR 24 Aprel 2014 / 14:11 2545
-  A +

"Bavariya"nın futbolçusu Filipp Lam Çempionlar Liqasının yarımfinal mərhələsində "Real"a məğlub (0:1) olduqları ilk oyundan sonra fikirlərini bildirib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Madrid klubunun əsasən müdafiədə oynamasına təəccüblənmədiyini deyib: "Şanssız tərəf biz olduq. Hücumlar etsək də, qol vurmağı bacarmadıq. Qələbə qazanmağı çox istəyirdik. 90 dəqiqə ərzində bunun üçün çalışdıq. "Real"ın oyunu bizi təəccübləndirmədi. Əks-hücumlarla qol vurmağa çalışacaqlarını bildirik. Qələbə qazanmaq bu gün qismətimizdə deyildi".

F.Lam qeyd edib ki,cavab qarşılaşmasında növbəti mərhələyə yüksəlmək üçün əllərindən gələni edəcəklər.


Son xəbərlər