Tahir Süleymanov istefa verdi

Tahir Süleymanov istefa verdi
ÖLKƏ FUTBOLU 24 Aprel 2014 / 13:18 4132
-  A +

"Neftçi" klubunun vitse-prezidenti Tahir Süleymanov istefa verib.

Bu haqda Qol.Az saytına açıqlamasında Süleymanov özü bildirib.

O, "Rəvan"la bu gün keçiriləcək kubok oyunundan öncə istefa ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib. Klub rəsmisi istefasının səbəbini belə izah edib:

"Son vaxtlar "Neftçi"yə qarşı təzyiqlər çoxalıb. İstəmirəm ki, mənə görə "Neftçi"yə ziyan dəysin. Bilirsiniz ki, cəza müddətim başa çatsa da, AFFA İntizam Komitəsinin qərarına görə yenidən "Neftçi"nin oyunlarını canlı izləmək hüququndan məhrum olmuşam. Görünür, Azərbaycan futbolunun problemi Tahir Süleymanovla bağlı imiş. Buna görə də özümə borc bildim ki, istefa verim".

Klubun prezidenti hələlik istefanı qəbul edib-etməməklə bağlı qərar verməyib.

Xatırladaq ki, T.Süleymanov 4 il əvvəl "Neftçi"yə vitse-prezident təyin olunub.  

Daha çox


Son xəbərlər