"Barselona"dan Özilə 30 milyon avroluq təklif

"Barselona"dan Özilə 30 milyon avroluq təklif
XƏBƏR 24 Aprel 2014 / 13:05 3540
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil haqda yeni bir iddia ortaya atılıb.

Qol.Az-ın məlumatına görə, Barselonanın "BTV" televiziya kanalı Kataloniya klubunun idman direktoru Andoni Zubizarretanın türk əsilli alman yarımmüdafiəçini çox bəyəndiyini bildirib.

Televiziya kanalında proqramların birində Kataloniya təmsilçisinin mövsümün sonunda "Arsenal"a Özil üçün 30 milyon avroluq təklif göndərəcəyi iddia edilib.

Qeyd edək ki, Özil bu mövsüm London təmsilçisində 38 matçda iştirak edib və 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Daha çox


Son xəbərlər