Bakının namizədliyi ilə bağlı sifariş kitabı UEFA-ya təqdim olundu (FOTOLAR)

Bakının namizədliyi ilə bağlı sifariş kitabı UEFA-ya təqdim olundu (FOTOLAR)
XƏBƏR 24 Aprel 2014 / 12:57 1835
-  A +

2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün AFFA tərəfindən Bakı şəhərinin namizədliyinin irəli sürüldüyü və 2013-cü il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bununla bağlı tədbirlər haqqında sərəncam imzalaması haqda xəbər vermişdik.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncama əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunub.

Artıq AFFA tərəfindən sifariş kitabı hazırlanıb və təyin olunmuş vaxtdan əvvəl UEFA-ya təqdim olunub.

Xatırladaq ki, "Avro-2020"nin oyunlarına ev sahibliyi edəcək şəhərlər bu ilin sentyabrında müəyyənləşəcək.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər