Mario Mandzukiç "Bavariya"da qalacaq

Mario Mandzukiç "Bavariya"da qalacaq
XƏBƏR 24 Aprel 2014 / 12:48 1647
-  A +

"Bavariya" klubunun hücumçusu Mario Mandzukiç yeni mövsümdə də komandada qalacaq.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun idman direktoru Karl Haynz Rummeniqe "Bild" qəzetinə açıqlamasında deyib.

"Çoxdandır Mandzukiçlə söhbətim olmayıb. Ancaq dəqiq deyə bilərəm ki, xorvatiyalı futbolçu "Bavariya"da qalacaq. Onun komandasıyla 2016-cı ilə qədər müqaviləsi var. Yəni Levandovski gələcək və Mandzukiç qalacaq".

Qeyd edək ki, 27 yaşlı futbolçunun mövsümün sonunda "Yuventus"a transfer olunacağı gözlənilir.

 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı