Ronaldo: “Qorxurdum”

Ronaldo: “Qorxurdum”
XƏBƏR 24 Aprel 2014 / 12:00 3449
-  A +

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu Almaniya “Bavariya”sı ilə Çempionlar Liqasının ilk yarımfinal matçındakı qələbəni şərh edib.
 
Qol.az-ın məlumatına görə, portuqaliyalı hücumçu zədədən sonra oyuna hazır olduğunu bildirib.
 
Bununla belə, Ronaldu meydanda olduğu 73 dəqiqə ərzində yenidən zədə alma riskini də qabardıb: “Mən qorxurdum, çünki 3 həftəlik yoxluğumdan sonra ilk matçım idi. Özümü yaxşı hiss edir və gələn oyunlarda komandaya kömək etməyə hazıram”.
 
Ulduz futbolçu evdə 1:0 hesablı qələbəni yaxşı nəticə sayıb: “Çünki biz səfərdə qol vursaq, münhenlilərin finala çıxmaları çox çətin olacaq. Fikrimcə, cavab görüşü gərgin keçəcək. Kiçik üstünlüyümüz var, amma bunun finala çıxmağa yetərli olub-olmayacağına baxarıq”.
 
Qeyd edək ki, cavab görüşü aprelin 29-da olacaq. (Lent.az)


Son xəbərlər