"Araz" "Barselona"ya əzmkar oyunla uduzdu

"Araz" "Barselona"ya əzmkar oyunla uduzdu
GÜNDƏM 24 Aprel 2014 / 23:17 9977
-  A +

Bu gün  futzal üzrə UEFA kubokunun “Dördlər finalı” start götürüb.

Qol.Az-ın məlumatına görə, Bakıda keçiriləcək yarışda ölkəmizlə yanaşı Qazaxıstan, Rusiya və İspaniya təmsilçiləri yarımfinal mərhələsinin oyunlarına çıxıb.

İlk görüşdə Qazaxıstanın  “Kayrat” komandası Rusiya  “Dinamo”sunu sınağa çəkib. Sözügedən qarşılaşmada "Dinamo" 2:1 hesabı ilə qalib gələrək finala yüksəlib.

Təmsilçimiz, Azərbaycan çempionu "Araz" İspaniyanın  “Barselona”  klubu ilə qarşılaşıb. Qarşılaşmanın favoriti "Barselona" olsa da, "Araz" layiqli müqavimət göstərib. Təmsilçimiz üç dəfə hesabda geri düşsə də, bərabərlik qolu vurub. Ancaq "Araz" penaltilər seriyasında iki dəfə zərbəni dəqiq yerinə yetirməyib. Bu seriyada Azərbaycan çempionu 2:4 hesab ilə məğlub olub.

Qeyd edək ki, final və üçüncü yerlər uğrunda oyun aprelin 26-da keçiriləcək.  Finalda "Barselona" ilə "Dinamo", üçüncü yer uğrunda isə "Araz"la "Kayrat" qarşılaşacaq.



24 aprel

21:00. "Araz" (Azərbaycan) - "Barselona" (İspaniya) - 4:4 (Penaltilər seriyası: 2:4)
Qollar:
Rafael, 2 (1:0), İqor, 10 (1:1), Aykardo, 22 (1:2),  Dieqo, 27 (1:3), Fabiano, 28 (2:3), Folya, 40 (3:3), Dieqo, 46 (3:4), Amadeu, 49 (4:4)

18:30. "Kayrat" (Qazaxısran) - "Dinamo" (Rusiya) - 1:2
Qollar:
Nando, 25 (0:1), Baron, 31 (1:1), Fernandinyo, 39 (1:2)

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord