"Benfika" və "Sevilya" qələbə qazandı

"Benfika" və "Sevilya" qələbə qazandı
DÜNYA FUTBOLU 25 Aprel 2014 / 01:56 6315
-  A +

Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, görüşlər eyni vaxtda - saat 00:05-də balayıb.

Daha çox prinsipiallığı ilə seçilən oyun "Benfika" və "Yuventus" komandaları arasında olub. Portuqaliyada baş tutan oyun 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.  

Digər oyunda isə iki İspan komandası - "Sevilya" və "Valensiya" üz-üzə gəlib. İlk hissədə 2 qol vuran "Sevilya" futbolçuları fasilədən sonra da bu üstünlüklərini qoruyublar - 2:0.  

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları mayın 1-də keçiriləcək.






24 aprel

Avropa Liqası, yarımfinalın ilk oyunları

00:05. "Benfika" (Portuqaliya) - "Yuventus" (İtaliya) - 2:1
Qollar:
E.Qaray, 3 (1:0), Tevez, 73 (1:1), Lima, 84 (2:1)

00:05. "Sevilya" (İspaniya)  - "Valensiya" (İspaniya) - 2:0
Qollar:
Mbia, 33 (1:0), Bakka, 36 (2:0)


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq